“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası

“Portuqaliyanın uduzmasına sevindim” - Ronaldonun anası
DÜNYA FUTBOLU 17 Noyabr 2026 / 09:45 250
-  A +

Portuqaliya millisinin sabiq futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aveyru oğluna milli komandada lazımi hörmət göstərilmədiyini bildirib.

QOL.az xəbər verir ki, o, Portuqaliyanın Danimarkaya məğlubiyyətindən (1:4) məmnun qaldığını da gizlətməyib. O, yerli jurnalistlərə açıqlamasında deyib:

“Ronaldo çox məyusdur və hər şeyin başqa cür olmasını istəyərdi. O, aldadıldığı üçün üzgündür. Mən də çox məyusam. Portuqaliya Braqada məğlub oldu. Bu, tamamilə layiqli məğlubiyyət idi və hətta onların uduzmasına sevindim də”.

Dolores Aveyru Ronaldonun milli komandadakı futbolçu yoldaşlarının münasibətindən də narazılığını ifadə edib:

“Onların heç biri Ronaldoya hörmət etmirdi. Mən belə hiss edirdim. Ronaldoya hətta öz komanda yoldaşları da hörmət göstərmirdilər”.

O, Portuqaliya Futbol Federasiyasının Danimarka ilə oyun öncəsi Braqada Ronaldonun şərəfinə təşkil etdiyi mərasimi də tənqid edib:

“Braqada Ronaldonun şərəfinə təşkil olunan mərasim xoşuma gəlmədi. Çünki belə mərasim həmin şəxsin iştirakı ilə keçirilməlidir, onun yoxluğunda yox. Əsl təltifetmə mərasimini “Sportinq” təşkil etməlidir. Ronaldonun xidmətlərini məhz orada həqiqətən qiymətləndirərlər”.

Ronaldonun anası futbolçu ilə baş məşqçi Jorje Jezuş arasındakı münasibətlər barədə suala isə belə cavab verib: “Onların münasibəti mənim sizinlə münasibətim kimidir”.

Xatırladaq ki, Ronaldo noyabrın 5-də Portuqaliya millisindəki 23 illik karyerasını başa vurduğunu açıqlayıb. Onun bu qərarına baş məşqçi Jorje Jezuşla yaşadığı ciddi münaqişənin səbəb olduğu iddia edilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
16.11.26  13:19

Yamal onu təhqir etdi

topaz banner