"İmişli" Misli Premyer Liqasının 21-ci turu çərçivəsində "Şamaxı" ilə qolsuz heç-heçəyə razılaşıb.
QOL.az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.
Mütəxəssis rəqibin oyun üslubuna toxunaraq matçın gözlənildiyi kimi ağır keçdiyini qeyd edib:
"Oyun gözlədiyimiz kimi çətin və gərgin keçdi. Bildiyiniz kimi, "Şamaxı" daha çox fiziki futbola üstünlük verir, uzun ötürmələrlə oynayır və tez-tez qayda pozuntuları etməklə oyunun tempini aşağı salmağa çalışır. Bu baxımdan qarşılaşma ciddi taktiki mübarizə şəraitində keçdi".
Mütəxəssis qaçırılan imkanlara görə təəssüfünü gizlətməyib və qazanılan bir xalı itki kimi qiymətləndirib:
"Hesab edirəm ki, bugünkü oyunda qələbəyə layiq olan tərəf məhz "İmişli" idi. Təəssüf ki, istəyimizə tam nail ola bilmədik. Turnir cədvəli baxımından bir xal qazansaq da, oyunun axarını və yaratdığımız epizodları nəzərə alsaq, deyə bilərəm ki, iki xal itirdik. İki dəfə topun dirəyə dəyməsi və bir neçə real qol imkanından yararlana bilməməyimiz nəticəyə birbaşa təsir etdi. Komanda sona qədər mübarizə apardı, son dəqiqələrdə də fərqlənmək üçün çalışdıq, lakin istədiyimiz alınmadı".
Baş məşqçi sonda komandanı tək qoymayan azarkeşlərə də minnətdarlığını bildirib:
"Azarkeşlərimizə xüsusi təşəkkür edirəm. Uzun yol qət edərək komandaya böyük dəstək oldular. Bu gün onlara qələbə sevinci yaşatmaq istəyirdik, amma təəssüf ki, alınmadı. Buna baxmayaraq dəstəklərini əsirgəmədilər və bu, bizim üçün çox dəyərlidir. Onların inamı növbəti oyunlarda daha güclü çıxış etməyimiz üçün bizə əlavə motivasiya verir".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər