“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasında “Qarabağ”la sabah keçiriləcək matçla əlaqədar mətbuat konfransı təşkil edilib.
QOL.az xəbər verir ki, o, əsas futbolçuların durumu, komandanın hazırkı vəziyyəti və oyun planı barədə danışıb.
Niderlandlı mütəxəssisin sözlərinə görə, müdafiəçiləri Co Qomez və İbrahima Konate “Qarabağ”la matçda oynamayacaqlar:
“Co sabahkı oyunda iştirak edə bilməyəcək. Konateylə danışdım və bilirik ki, o, çətin günlər keçirir (bugünlərdə atası vəfat edib - red.). Onun tezliklə geri dönməsinə ümid edirəm, amma sabah üçün yox”.
O, Premyer Liqada hazırkı mövqelərinə görə təzyiqləri dayandırmağın çox çətin olacağını bildirib:
“Bir neçə oyun qazanmağımız belə səs-küyü dayandırmaz. Belə klublarda çempionluq uğrunda mübarizə aparmırsınızsa, bu təzyiqi dayandırmaq mümkün deyil”.
Mütəxəssis ÇL-də bir və ya iki pillə fərqinin o qədər də önəmli olmadığını qeyd edib:
“Həm Çempionlar Liqası, həm də Premyer Liqada mübarizə aparmaq bizim üçün çətindir. ÇL oyunlarından sonra çox matçda xal itirdik”.
Premyer Liqa və Çempionlar Liqasını birgə aparmağın çətinliyindən danışan baş məşqçi Liqa mərhələsini ilk "dördlük"də bitirmək istədiklərini bildirib. O, həmkarı Qurban Qurbanovun son turdakı rotasiya qərarına toxunaraq maraqlı müqayisə aparıb:
“Qalib gəlmək istəyirik. Lakin heyətdə zədəli futbolçularımız var. "Bornmut"a qarşı matçda əsas heyətin 11 futbolçusuna şans verməyə bilməzdim. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatında keçirdikləri son matçda bunu edib. Eyni şeyi mən təkrarlaya bilməzdim”.
Arne Slot "Qarabağ"ın gücünü xüsusi qeyd edərək rəqibin "Çelsi" ilə oyununu xatırladıb:
"Rəqibin heyətində sürətli futbolçular var. Topla rahat rəftar edirlər. "Qarabağ" öz bacarığını bu mövsüm güclü komandalara göstərib. Onlar asanlıqla məğlub ediləcək rəqib deyil. Hətta "Qarabağ" bu mövsüm Çempionlar Liqasında "Çelsi"yə qarşı matçda 2:2 hesablı heç-heçəyə nail olub. Bu da onu göstərir ki, qitənin ən nüfuzlu klub turnirində zəif komanda yoxdur. Bizim cari mövsüm Çempionlar Liqasında qarşılaşdığımız bütün komandalar güclü olub”.
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı