"Oyundan sonra üzüldük. Erkən qol buraxdıq, qalib gəlmək istəyirdik. Yaxşı başlamasaq da, sonradan düzgün reaksiya göstərdik, toparlandıq".
QOL.az xəbər verir ki, bu sözləri "Ayntraxt"ın baş məşqçisi Dennis Şmitt UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"a Bakıda uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
O, 2:3 hesablı məğlubiyyəti belə şərh edib: "Hər iki komandanın şansları var idi. Fasilədə müəyyən məsələləri danışdıq, taktikanı dəyişdik. Gördük ki, “Qarabağ” 2-ci hissədə pressinq edirdi, hücuma keçirdi. Hesabda irəliyə də keçdik, amma “Qarabağ” dərhal hesabı bərabərləşdirdi. 2:2-dən sonra oyuna nəzarət edirdik. Amma “Qarabağ” yenə hücumlar etdi. Çox çalışdıq ki, intizamlı oynayaq. Bu oyundan pozitiv məqamları götürüb, analiz edəcəyik".
O, “Qarabağ”ın ilk dəfə Almaniya klubunu məğlub etməsinə belə münasibət bildirib: "Mən yalnız öz oyunumuz haqda danışa bilərəm. Biz gördük ki, komanda çox intizamlı oynayırdı, çox istəkli idi. Biz səhvi daha çox etdik və uduzduq".
Şmitt indi komandasının psixoloji dəstəyə ehtiyacı olduğunu qedy edib: "Dərhal bir söz deyə bilmərəm, analizdən sonra danışmaq olar. Sehrbaz deyilik, dərhal nəyisə dəyişə bilmərik. Öz oyunumuzu oynayırdıq. Səhvlər buraxmışıqsa, analiz edəcəyik. Bu məğlubiyyət futbolçuların əhvalını korladı. Onlar psixoloji olaraq narahatdırlar. Amma analizdən sonra pozitiv məqamları nəzərə alıb, fokuslanacağıq ki, qarşıdakı matçlarda Bakıdakı səhvləri buraxmayaq. Potensialımız var".
Komandaya müvəqqəti baş məşqçi təyin edilən mütəxəssis klubdakı taleyi ilə bağlı sualı da cavablandırıb: "Mənim üçün maraqlı deyil şəxsi işimi düşünmək. Əsas işim komandanı toplayıb, növbəti oyuna hazırlaşdırmaq idi. Üç gün vaxtım var idi. Səmərəli istifadə etdik. Göstərdiyimiz oyun da bunu deyir. Şənbə günü də komandanı baş məşqçi kimi meydana mən çıxaracam".
Azərbaycan klubuna məğlubiyyəti Almaniyada böyük faciə ilə qarşılayacaqlar? Baş məşqçinin cavabı belə olub: "Xeyr, faciə deyil. Bura Çempionlar Liqasıdır, bütün komandalar yüksək keyfiyyətlidir. Meydanda iki güclü komanda var idi, hər ikisi mübarizə aparırdı. Uduzmuşuqsa, o demək deyil ki, potensialımız yoxdur".
Dennis Şmitt oyunöncəsi Bakıda məşq etməməklərinin oyunlarına təsiri olmadığını da bildirib: "Bunun oyuna heç bir təsiri yoxdur. Ona görə qərarımızdan peşman deyilik".
“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
“Qarabağ” “Sabah”ı təbrik etdi
Bravo, “Sabah”!
Azərbaycan millisi “Antalyaspor”a qalib gəldi
"Qalatasaray" - "Barselona" matçının heyətləri açıqlandı
Kahim Perris Azərbaycan futbol tarixinə düşdü
Premyer Liqa klubları zərərlə işləyir
"Bu söhbətlərdən yorulmuşam"
“Real” La Liqanın oyun təqvimindən narazı qaldı
Azarkeşlər son anda qadağa ilə üzləşdi
"Sabah" - "Slaviya" matçının heyətləri açıqlandı
Danimarkanın tanınmış klubu satıla bilər
“Fənərbaxça” ilə oyun öncəsi “Aston Villa”da itkilər
“Yuventus” Ronaldo ilə bağlı qərardan şikayət etdi
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
A Seriyasında daha bir baş məşqçi istefası
Azərbaycan millisi dünya çempionatına heç-heçə ilə başladı
“Borussiya” Niko Kovaçla müqaviləni uzatdı
Əliyar Ağayev və Elçin Məsiyev Avroliqaya təyinat aldılar
İnfantino milyonlarla dollar mənimsəyib - İddia
Dani Karvahalın yeni klubu açıqlandı
ÇL-in oyunları bu kanallarda
“Sabah” - "Slaviya" oyununa - Böyük maraq
Misli Premyer Liqası klubu baş məşqçini istefaya göndərdi
Haalandın "Barselona" arzusu
AFFA "Neftçi"ni 5 min manat cərimələdi
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Azərbaycanlı hakim “Roma” - “Real” oyununu idarə edəcək
Ukrayna millisi Gürcüstanı harada qəbul edəcək?
La Liqa klubunda yeni baş məşqçi
Ronaldo 981-ci qolunu Özbəkistan “Neftçi”sinə vurdu
“Traktor” ÇL-də ilk xalını qazandı
“Atalanta”dan 3 qollu qələbə - Video
Superliqada 7-ci tura yekun vuruldu
“Mançester Yunayted” Madridə 2 futbolçusuz yollandı
Flik “Qalatasaray” azarkeşlərindən danışdı
“Mançester Siti”nin qələbəsi gərgin anlarla yadda qaldı
“Qalatasaray” “Barselona” ilə oyuna itkilərlə çıxacaq
Ronaldo Messi ilə rəqabətindən danışdı
"Sabah"ın oyun üslubu "Barselona"nı xatırladır"