Bu gün "Qarabağ"la "Ayaks" arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunun oyunu keçiriləcək.
QOL.az-ın xəbərinə görə, bu matçı izləmək üçün Azərbaycan paytaxtına böyük azarkeş ordusu gəlib. Niderland mediasının yazdığına görə, onların sayı 1400-dən çoxdur. Bəzi mənbələr hətta dəqiq rəqəm də açıqlayır: 1443 fanat.
Beləliklə, bu gün onlar futbol məbədimiz Tofiq Bəhramov adına Respublika Stadionunun qapıarxası tribunalarında yer alacaqlar.
Maraqlıdır ki, "Ayaks" bu mövsüm ÇL-də daha əvvəl keçirdiyi 5 oyunun hamısında uduzaraq 36 komanda arasında sonuncu yeri tutmasına baxmayaraq, bu uğursuz nəticələr azarkeşlərin komandalarına doğma münasibətinə təsir etməyib. Dünən Bakıda keçirilən mətbuat konfransında "Ayaks"ın baş məşqçisi Fred Grim də bu fakta toxunaraq deyib:
"Fikrimcə, əminliklə demək olar ki, onlar klubu sevən əsl azarkeşlərdir. Onların belə uzun səfərə çıxmaları və gəlib bizi dəstəkləmələri çox şeydən xəbər verir. Təbii ki, bizim də buna cavab olaraq müəyyən öhdəliklərimiz var. Bu, olduqca uzun və ucuz olmayan bir səfərdir. Bu azarkeşlərin bizimlə gəlməsinə inanılmaz dərəcədə sevinirik”.
Daha əvvəl "Ayaks" azarkeşlərinə 1970 biletin ayrıldığı xəbər verilmişdi. Niderland mediasının məlumatlarından belə görünür ki, həmin biletlərdən 73,2 faizi artıq satılıb.
Bəli, "Ayaks"ı Bakıda böyük azarkeş ordusu dəstəkləyəcək. Amma unutmayaq ki, bu gün tribunada çoxluq "Qarabağ" azarkeşlərinin tərəfində olacaq və yarış həm də fanatlar arasında gedəcək.
Xatırladaq ki, matç Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov