“Premyer Liqada limiti niyə ləğv etdilər? Hələ də bunun cavabını tapa bilmirəm. Hansısa klublar güclənsinmi, ya da zəifləsinmi, bilmirəm”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadov deyib. O, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə qarşıdan gələn oyunlar ərəfəsində Azərbaycan millisində problemlər olduğunu bildirib. Millimizin sabiq çalışdırıcısı bunu çempionatda legioner limitinin ləğvi ilə əlaqələndirib:
“Maliyyə cəhətdən güclü klublar istənilən halda əcnəbi futbolçular gətirir. Əvvəlki illərlə müqayisədə indi daha çox əcnəbi oyunçu transfer edir və oyun şansı verir. Bəs, yerli oyunçular? Məlum məsələdir ki, klublar yerli futbolçuların inkişafına fikir vermirlər. Çempionatın səviyyəsi o dərəcədə də inkişaf etməyib. Hiss olunur ki, artım var. Amma nəyin hesabına? Əcnəbi futbolçu sayəsində. Demək olar ki, bütün mövqelərdə böyük problemlər olacaq. Artıq bunu görürük. Heç olmasa hər klubda 4-5 yerli futbolçu oynayırdısa, indi bunu görə bilmirik. Onda futbolçular milliyə hazır gəlirdi. İndi Ayxan Abbasovun milliyə çağırdığı futbolçuların siyahısına baxıram, 80 faizi oynamayan futbolçulardır. Bu, məlum idi və günahı Ayxanda deyil. Siyahıda oynayan futbolçular da var. Onlar da cəmi 20-30 faiz oynayıb. Bunlar millidə necə oynayacaq? Mən hələ U-21-dən danışmıram. U-21-in siyahısındakılar hamısı 1-ci liqa və əvəzedici heyətlərdən gəlib. 2-3 nəfər var ki, onlar Premyer Liqanın əsas komandasında oynayırlar. Onlar da “Şamaxı”nın futbolçularıdır. Bəs biz bu komanda ilə nə edəcəyik? Hazırda milli komandalarımız üçün belə problemlər var. Bu, millimizə böyük zərbə ola bilər".
A.Mircavadov qeyd edib ki, millidə bütün mövqelərdə problem ola bilər:
“Qapıçılara nəzər salaq. Rza Cəfərov “Neftçi”də meydana çıxmır. Aydın Bayramov “Zirə”də çox az oynayıb. Demək olar ki, qapıçılar 20 faiz oyunlarda meydana çıxıb. Bununla hara getmək olar? Bizim ölkə xaricində cəmi 3-4 futbolçumuz var. Onlar da hamısı müntəzəm oynamır. Məsələn, son turda Renat Dadaşov oynamayıb. Mahir Emreli uzun müddətdir ki, oynamır, son görüşdə isə zədələndi. Ona görə də biz əsasən yerli çempionatımızdakı futbolçulardan yararlanmalıyıq. Çempionatda isə limitin ləğvi vəziyəti ağırlaşdırdı”.
Təcrübəli mütəxəssis millinin baş məşqçisi Ayxan Abbasovun çətin bir işi üzərinə götürdüyünü qeyd edib. O, qarşıdan gələn İslandiya və Fransa ilə görüşlərin ağır olacağını bildirib:
“Ayxan Abbasov cavan, yerli məşqçidir. Biz ona ancaq dəstək olmalıyıq. Yeni komanda qurur, yaxşı sistemi var. Müdafiədən yaxşı oyun qura bilər. Yenə də müdafiədən oynayacağıq. Elə bir futbolçumuz da yoxdur ki, orta xətdə oyunu üzərinə götürsün. Emin idi, o da “Qarabağ”la oyunda zədələnib. Millimizin Ukrayna ilə oyunu çox xoşuma gəldi. Yəqin yenə elə oynayacaqlar. İslandiyanın heyətində yerli çempionatda çıxış edən 1-2 futbolçu var. Hamısı ölkə xaricində oynayır. Fransadan isə danışmağa ehtiyac yoxdur. Hər iki görüş ağır olacaq”.
Ramiq Ağaməmmədov
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu