"Bütün Azərbaycan xalqını, "Sabah" azarkeşlərini "Zəfər bayram"ı münasibəti ilə təbrik edirəm. Qələbə münasibəti ilə rəhbərliyi, futbolçuları təbrik edirəm. Qələbəyə çox ehtiyacımız var idi. Oyunun məzmunundan heç də razı qalmadım. Çünki biz başlanğıcdan sona qədər çoxlu səhvlər etdik. "Kəpəz"in çox yaxşı oyun planı var idi. Uzun toplarla hücumlara çıxırdılar. Müdafiəçilərimiz diqqətli olmaydılar. Oyundan yox, nəticədən məmnunam. Biz daha çoxunu göstərməliydik. Amma üç xal qazanmışıqsa, mühümdür. Çünki bu üç xal sonradan turnir cədvəlində öz əksini tapır. Hazırda milli komandalara görə fasilə yaranacaq, uşaqlara istirahət verəcəyik. Yaxşı bərpa olunacağıq".
QOL.az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 11-ci turunun “Kəpəz”lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Oyununuzda daha çox nəyi bəyənmədiniz?
- Mən "Kəpəz"i öz oyun planına görə tərifləmək istəyirəm. Amma bu gün müdafiə xəttimiz kifayət qədər düzgün mövqe seçə bilmirdilər. Dominant "Sabah"ı görə bilmədim. Oyun ritmimiz yaxşı deyildi. Dəyişikliklər etdik. Onlar da oyuna az da olsa, qığılcım qatdı. Hücumları bəzən qapıya zərbələrlə bitirə bilmirdik. "Qarabağ", "Zirə", "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz" kimi komandalar belə epizodlarda bizi əfv etməyəcək. Biz onlara qarşı 10 qol fürsəti yarada bilməyəcəyik. Cəmi 1-2 fürsətdən yararlanmalıyıq. Turnir cədvəlinə baxsaq, yaxşıyıq. Amma bu gün gördüyünüz "Sabah" mənim görmək istədiyim "Sabah" deyil. Standartlardan aşağı çıxış etdik, performansımız istədiyim kimi deyildi. Üç qol vurduq. Oyunçular haqqını verdi. Amma biz daha da yaxşı olmalıyıq.
- Müxtəlif ölkələrdə baş məşqçi kimi çempionluq yaşamısız. "Sabah" hazırda 2-ci pillədədir. Komandanızın çempionluq şansını necə dəyərləndirirsiz?
- Həmişə demişəm ki, mənim üçün ən önəmlisi olan bir oyun bitirsə, qarşıdakı məşq və oyundur. Turnir cədvəlinə baxmırıq. Mövsümün sonunda turnir cədvəlində fərqliliklər ola bilər. 10-12 oyun qabaq nələrsə baş verəcəyini düşünək. Biz bu günə fokuslanırıq. Hər oyundan sonra fərdi səhvlərimiz varsa, onu fikirləşirik. Mənim üçün ən önəmlisi davamlılıqdır. Bu gün yaxşı oyna, sabah pis oyna, bunu istəmirəm. Bizim üçün ən önəmli açarlardan biri döyüşkənlik, fokuslanmaqdır. Düzdür, bu gün 3:1 qalib gəldik. Amma düşünün ki, rəqib hesabı 3:2 etsə, bizdə narahatçılıq yaranardı. Fərqli mentalitet yaratmaq istəyirik. Hesabdan asılı olmayaraq, dayanmaq istəmirik. Təkan çox önəmlidir. Bunu əldə etdikdən sonra, yeni ildən sonra nələrin olacağını demək çox çətindir. Bizim "Qarabağ"la oyunumuz var, "Qarabağ"ın "Neftçi" ilə oyunu var. Nə qədər güclü komandalar olacaq, bizlər üçün yaxşı olacaq, çempionatın inkişafı üçün yaxşıdır.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi