"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 10-cu turunda "Neftçi" ilə matçdan (1:5) sonra mətbuat konfransında söylədiyi sərt fikirlərlə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
QOL.az-ın məlumatına görə, mütəxəssis emosiyalara qapıldığını etiraf edib.
A.Bağırov "Neftçi" ilə görüşdən sonra mətbuat konfransında hakim qərarlarından şikayətlənərək bu sözləri səsləndirmişdi: “Hakimlik elə mövzudur ki, bugünkü gündə qarışıqlıqıdr. Bütün dünyada, xüsusən də Türkiyədə. Çox şey danışmaq istəmirəm. Dinimizdə də 3 hakimdən 2-si cəhənnəmlikdir. Qərarları verəndə fikirləşsinlər ki, kimlərinsə haqqına girməsinlər. Ötən turda 11 dəqiqə oyun dayanır, 5 dəqiqə əlavə vaxt verilir. Yeni qaydalar var. Yəqin vaxt keçdikcə, biz də təcrübə toplayarıq. Bilsinlər ki, heç nə əvəzsiz deyil. Verdikəri qərarların hamısı onlara yedizdiriləcək”.
O, klubun mətbuat xidmətinə açıqlamasında isə din mövzusuna toxunmağının doğru olmadığını bildirib: "Son iki oyunda baş verən hadisələr fonunda bir qədər emosiyalara qapıldım. “İmişli” ilə görüşdə aldığımız qırmızı vərəqə, eləcə də bu oyunda verilən şübhəli 11 metrlik cərimə zərbəsi müəyyən narazılığa səbəb oldu. Düşünürəm ki, din mövzusuna toxunmağım doğru deyildi. Hakimlər də insandır, onların da səhv etməsi mümkündür. Futbol emosiyalar üzərində qurulan bir oyundur. Artıq hər şey geridə qalıb. Qarşıdakı oyunlara köklənərək, çempionatda istədiyimiz nəticələri qazanmağa çalışacağıq".
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı