“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının 8-ci turunda səfərdə “İmişli” ilə heç-heçə (2:2) etdikləri görüşü şərh edib.
QOL.az xəbər verir ki, gürcü çalışdırıcı komandasının oyunundan razı qaldığını, lakin nəticənin ürəkaçan olmadığını bildirib: “Futbolçular meydanda sona qədər mübarizə apardılar. Amma iki xal itirməyimiz bizi məyus etdi.”
Mütəxəssis hesab edir ki, bərabərlik diqqətsizlikdən qaynaqlanıb: “İki epizodda səhvə yol verdik və bu, bizə baha başa gəldi.”
Sxadadze hakimin qərarından da narazılıq edib: “Futbolçumuz qapıçı ilə təkbətək vəziyyətə çıxırdı. Həmin epizodda rəqib oyunçuya ikinci sarı vərəqə göstərilməli idi. Bu qərar oyunun taleyinə təsir etdi.”
Meydançanın vəziyyəti barədə danışan baş məşqçi belə şəraitdə futbol oynamağın çətin olduğunu vurğulayıb: “Ümid edirəm bu məsələni cavabdeh şəxslər diqqətə alacaqlar. Belə meydançada müasir futbol oynamaq mümkünsüzdür. Buna baxmayaraq, matçda ciddi mübarizə getdi.”
Komandasının son oyunlarda üstünlüyü qoruyub saxlaya bilməməsinə toxunan Sxadadze bunun səbəbini həm bəxtsizlik, həm də heyət darlığı ilə əlaqələndirib: “Mövsüm ərzində çox səhv etmirik, amma etdiyimiz az səhvlər qolla nəticələnir. Qış fasiləsində komandaya yeni futbolçular qoşulacaq. Rəhbərliklə bu barədə razılığımız var. Qışda mütləq heyətin gücləndirilməsinə ehtiyac var. Hazırda ehtiyatda olan oyunçular gəncdir, təcrübə çatışmır.”
Baş məşqçi seleksiya məsələsində məsuliyyətdən qaçmayıb: “Əsas heyətdəki futbolçuların səviyyəsinə uyğun əvəzləyicilərimiz yoxdur. Ancaq hər bir uğur və ya səhv komandanın ümumi nəticəsidir. Biz bir komandayıq, hamımız məsuliyyətli olmalıyıq.”
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış