Yevlax şəhər stadionunda bəzi çatışmazlıqlar var.
Bu barədə Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.
O, PFL əməkdaşlarının sözügedən arenaya son olaraq sentyabrın 16-da baxış keçirdiklərini xatırladıb: "Orada bir sıra işlər görülüb, amma tamamlanası işlər də var. Ot örtüyü tam təmir olunmayıb. Bu hazır olmadığına görə FIFA dərəcəsi ala bilmir. Ölkədəki bütün süni örtüklərin dərəcəsi var".
PFL rəsmisi Yevlax şəhər stadionunda bəzi çatışmazlıqların olduğunu söyləyib: "Stadionla bağlı da çatışmazlıqlar var. Bu barədə kluba rəsmi məktub göndərilib. Nə vaxt hazır olar? Bunu demək hələ ki, mümkün deyil. Biz qeydlərimizi kluba bildirmişik. Media sektoru, hakimlərin, oyunçuların yeri, meydança və s. ilə bağlı çatışmayan məqamlar var. Bundan sonrakı məsuliyyət klubun üzərində qalır. Nə vaxt hazır olsa, bizə müraciət edirlər ki, "xahiş edirik, bir daha təftiş edin, nəzərdən keçirin". Buna görə kluba vaxt qoya bilmərik. Ən ciddi problem isə, təbii ki, örtüyə görə sertifikatın alınmamasıdır".
Qeyd edək ki, "Karvan-Yevlax" klubu mövsümün əvvəlindən Misli Premyer Liqasında ev oyunlarını Şamaxı şəhər stadionunda keçirir (Report).
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi