Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video

Toral “Bursaspor”da növbəti oyuna çıxdı - Video
VİDEO 16 Avqust 2026 / 08:24 307
-  A +

Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyə 1-ci Liqasında “Bursaspor”un növbəti oyununda meydana çıxıb.

QOL.az xəbər verir ki, Bursa təmsilçisi 2-ci turda “Iğdır FK”nı 1:0 hesabı ilə məğlub edib. Qolu 16-cı dəqiqədə İheanacho vurub.

Bursa şəhər stadionunda keçirilən və 40 min azarkeşin izlədiyi matça Toral Bayramov ehtiyat oyunçular skamyasında başlayıb. O, 70-ci dəqiqədə Barış Gökün əvəzinə meydana daxil olub.

Qeyd edək ki, “Bursaspor” yeni mövsümdə keçirdiyi hər iki oyunda qalib gəlib və hazırda 6 xal toplayaraq “Manisaspor”la birgə şərikli liderdir.

Xatırladaq ki, T.Bayramov ilk turun matçında da iştirak edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner