"Məndən bəhanələr eşitməyəcəksiniz. İstənilən vəziyətdə "Hapoel" (Beer-Şeva) özü kimi görünməlidir. Bu, məyusedicidir. Gələn azarkeşlərdən üzr istəyirəm. İki heyətlə oynamağı öyrənməliyik. Avrokubok oyunlarından sonra hər dəfə belə olsa, vay halımıza".
QOL.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"ın rəqibi olan "Hapoel"in (Beer-Şeva) baş məşqçisi Ran Kojak Toto Kuboku matçında Hayfa "Hapoel"inə 0:4 hesablı məğlubiyyətdən sonra deyib.
İsrail klubunun çalışdırıcısı mətbuat konfransında bildirib ki, ikinci heyətlə oynamalarını və komandadakı yorğunluğu qəbul etmir:
"Biz peşəkar olmalı, oynadığımız hər matçda rəqabət aparmalıyıq və mən bu görüşdə yalnız ehtiyat oyunçularının olduğunu qəbul etmirəm. Matan Balatxa, Cibril Diop və Ofir Davidzada kimi əsas heyətdə kifayət qədər oyun keçirmiş futbolçular meydana çıxdı. Bir neçə mövqedə oyunçu axtarırıq. Komandanı gücləndirmək üçün lazım olanı edəcəyik".
R.Kojak "Sabah"la bağlı da danışıb. "Pley-off bizim üçün ən vacib oyundur. Bura qədər yaxşı rəqibləri məğlub edən əla bir komandaya qarşı oynayacağıq. Şansımız var, amma asan olmayacaq. Klubumuz bundan əvvəl iki dəfə pley-offda uğur qazana bilməyib. Ümid edirəm ki, bu dəfə də alınacaq. "Sabah"ı tanımayanlar deyə bilərlər ki, ən çətin maneəni dəf etmişik. Amma bu, ən çətini olacaq. Onlar meydanın hər yerində təzyiq göstərirlər, sürətlidirlər. Çox çətin bir maneədir. Onları bir az analiz etmişik. Buna davam edəcəyik. "Sabah" yüksək təzyiq göstərən bir komandadır. Çox sürətlidirlər. Bizim üçün "Srvena Zvezda"dan daha çətin olacaq".
Xatırladaq ki, “Sabah” “Hapoel”lə ilk matçı avqustun 19-u Rumıniyanın Buxarest şəhərində, cavab oyunu isə avqustun 25-də Bakıda keçirəcək.
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video