Azərbaycan milli komandasının üzvü Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubundan ayrıldıqdan sonra karyerasını harada davam etdirəcəyi maraq doğurur.
QOL.az xəbər verir ki, futbolçuya Almaniyanın 1-ci bundesliqasından azı 1 klubdan, 2-ci bundesliqasından “Kayzerslautern”dən təklif var. Bundan başqa, bir sıra Avropa ölkələrinin klubları da Emreli ilə maraqlanır.
Emreli “Nürnberq”də mövsümün finişini əla sonluqla bitirib. O, 2-ci bundesliqada son 6 oyunda 7 qol vurub. Ümumən isə alman klubunda 2024/25 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 25 matçda 11 dəfə rəqib qapılarına yol tapıb, 1 qolun isə ötürməsini edib.
QOL.az saytına daxil olan xəbərə görə, “Nürnberq”lə müqaviləsini yeniləməyən Emreliyə Azərbaycandan da təklif var. Mahiri heyətində görmək istəyən klubun adı da saytımıza bəlli olub. Bu, “Neftçi”dir. Paytaxt klubu Mahiri yaxşı şərtlərlə heyətinə cəlb etmək istəyir. Artıq klubun səlahiyyətli şəxslərindən biri futbolçuya onu transfer etmək istədiklərini də bildirib.
Lakin Mahir "Neftçi"yə qəti cavab verməyib. Amma o, bu gün üçün karyerasını yenidən Avropada və ya yenidən Almaniyada davam etdirmək niyyətindədir.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı