Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bu həftə "Qarabağ" İtaliyanın köklü klublarından “Udineze” ilə mövcud münasibətlərinin strateji tərəfdaşlığa çevrildiyini açıqlayıb.
Ağdam təmsilçisi yaydığı məlumatda bildirib ki, bir müddətdir aparılan danışıqlara əsasən müxtəlif istiqamətlərdə əməkdaşlığın həyata keçirilməsi planlaşdırılır. Əməkdaşlığın ilkin mərhələsi kimi, əsas diqqət akademiyalar arasında bilik və təcrübə mübadiləsinə yönəlib.
Razılaşmaya əsasən, “Qarabağ” FK Akademiyasının futbolçuları dövri olaraq “Udineze” klubunda təlim-məşq toplanışlarında iştirak edəcəklər ki, bu da onların beynəlxalq səviyyədə inkişafına ciddi töhfə verəcək. Bu addım gənc futbolçularımızın Avropa təcrübəsinə yiyələnməsi, texniki və taktiki inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, bənzər layihələr Azərbaycan futbolunda 2010-cu illərin əvvəllərində də yaşanıb. “Bakı” Futbol Klubunun İspaniyanın “Atletiko” və Fransanın “Lans” klubları ilə əməkdaşlığı çərçivəsində Azərbaycanın bir neçə yeniyetmə futbolçusu həmin əcnəbi klubların düşərgəsində hazırlıq keçiblər.
Bunlar “Bakı” klubunun sahibi olmuş iş adamı Hafiz Məmmədovun təşəbbüsü ilə həyata keçirilib. 2018-ci ildə “Bakı" madfi problemləri səbəbindən fəaliyyətini dayandırmaq məcbiriyyətində qalıb.
"Bakı" Futbol Klubunun icraçı direktoru olmuş Yaşar Seyidov QOL.az-a həmin dövrdən danışıb. Amma o, əvvəlcə "Qarabağ"ın "Udineze" ilə tərəfdaşlıq qurduğuna görə sevindiyini deyib:
“Qarabağ"ın "Udineze" ilə əməkdaşlıq müqaviləsi imzalamasını yüksək qiymətləndirirəm. Nəhayət, Azərbaycan klublarının Avropa klubları ilə əməkdaşlığı var. Gec də olsa, başlanılıb. Belə layihələr Azərbaycan futbolunun inkişafına xidmət edir. Bildiyiniz kimi, vaxtilə bizim də "Atletiko" ilə müqaviləmiz olub".
Y.Seyidov "Atletiko" ilə tərəfdaşlığın yalnız təlim-məşq toplanışlarını əhatə etmədiyini vurğulayıb. O bildirib ki, onlar bu müqavilələrdə futbolçuların həyat səviyyəsini, gələcəyini də nəzərə alıblar: "Biz həmin vaxt nəzərə almışdıq ki, 40 futbolçumuz "Atletiko"nun düşərgəsinə yollanmalı, yekynfa onlardan 20-si İspaniyada oynamalı idi. Yeri gəlmişkən, o 40 futbolçu "Atletiko"dan gələn mütəxəssislər tərəfindən seçilmişdi. Onlar özləri futbolçuları seçdikdən sonra qan analizləri də götürmüşdülər. O vaxt həmin testlər Azərbaycanda yox idi. Futbolçuları Türkiyədə analizdən keçirib, sonra Madridə aparmışdıq. Bizim müqaviləmizə əsasən, 40 futbolçudan sonda 20-si Madriddə qalmalı və İspaniyanın müxtəlif liqalarında oynamalı idilər. O vaxt Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla getmişdik. Bütün müqavilələrin imzalanması mərasimində Azad Rəhimov da iştirak edirdi. Bizim müqavilələrimizdə uşaqların orada yaşaması, qidalanması - bütün şərtlər nəzərə alınmışdı. Hətta onların valideynlərinin İspaniyada qalmağını, işləməyini də nəzərə almışdıq. Çünki uşaqların yaşı 18-dən az idi. Buna görə də FİFA onların valideyndən kənarda qalmağına icazə vermir. Bu səbəbdən də valideynlərin İspaniyada işləməyini də fikirləşmişdik".
O, layihənin gerçəkləşməsi üçün Hafiz Məmmədovun təşəbbüs göstərdiyini bildirib: "Atletiko" ilə əməkdaşlıq təşəbbüsünü Hafiz Məmmədov göstərmişdi. Onun Azərbaycan futbolunun inkişafı ilə bağlı düşüncələri var idi. İstəyirdi ki, Azərbaycan millisi beynəlxalq arenalarda daha uğurlu çıxış etsin. "Bakı" klubunda belə işlərlə mən məşğul olurdum. Məsləhət görüldü ki, layihəyə mən də cəlb olunum".
Y.Seyidov qeyd edib ki, əməkdaşlıq layihəsi çərçivəsində nəinki futbolçuların, həm də məşqçilərin, həkimlərin də yetişdirilməsi hədəflənmişdi: "Ortaya mükəmməl layihə qoyduq. Bizim "Atletiko" ilə müqaviləmizdə, həkimlərimizin, fizioterapevtlərimizin, məşqçilərimizin də inkişafı nəzərdə tutulmuşdu. Biz "Atletiko"nu bir model kimi götürmüşdük. Çünki "Atletiko" dünyanın ən güclü futbol akademiyalarından biridir. Mən fikirləşirdim ki, təkcə futbolçular yox, məşqçilər, inzibati heyət də inkişaf etməlidir. "Atletiko"nun uğurlaını təkrarlamaq üçün uzun müddət oraya gedib-gəldik. Bunlar "Lans" klubuna da aiddir. Hafiz Məmmədovun "Lans"ın ortaq sahibi olduğu dövrdə bizim gənclərimiz Fransanın U-15, U-16, U-17 liqalarında oynamaq fürsəti qazanacaqdılar. Fransadan mütəxəssislər gəlib seçim turları aparırdılar. Həmin mütəxəssislərin rəhbəri də Jan-Pyer Papen idi. Obyektivlik qorunsun deyə sırf xarici mütəxəssislər seçim aparırdı".
Mütəxəssis layihənin maddi problemlər səbəbindən yarımçıq dayandırıldığını deyib: "Belə layihələr üçün həddindən artıq çox vəsait tələb olunur. Əsas məsələ o idi ki, "Atletiko" bizə söz vermişdi ki, 5 illik layihə çərçivəsində bizim futbolçuları İspaniya futbolçuları səviyyəsinə çatdıracaqlar, onların Avropada oynamağına şərait yaradacaqdılar. Təəssüf ki, "Bakı" klubunun maliyyəsi bitdi. Ona görə də layihə yarımçıq qaldı və biz o futbolçuları itirdik. Bizim əsas məqsədimiz Azərbaycan millisinə ehtiyat qüvvə hazırlamaq idi. Təəssüf ki, maliyyəyə görə belə qlobal layihələr dayandırıldı. Bizim layihələ Azərbaycan futbolunu kökündən dəyişə bilərdi. Bu gün də həmin mütəxəssislərlə münasibətlərimiz var. Yəqin ki, nə vaxtsa, Azərbaycan futbolunu sevən biri tapılacaq. Əgər belə bir şey olarsa, biz də Azərbaycan futbolunun inkişafı üçün yaxından köməklik göstərərik”.
Y.Seyidov deyir ki, "Qarabağ"ın addımına görə ürəkdən sevinir: “Onlara işlərində uğurlar arzulayıram. İnanıram ki, "Qarabağ" Azərbaycan futbolunu düşünərək yaxşı işlər həyata keçirəcək".

Mahir Emreli
Y.Seyidov “Bak”nın həmin layihələri sayəsində çox sayda azərbaycanlı futbolçunun üzə çıxdığını xatırladıb: "Bizim layihələr sayəsində Mahir Emreli, Namik Ələskərov kimi futbolçular üzə çıxdı. Baxın, bu gün Premyer Liqadakı komandaların ən az 6-sının heyətində məhz "Bakı" akademiyasının yetirmələri var. Həmin futbolçular indi kapitandılar. Çünki biz təkçə oyunçu yox, həm də lider yetişdirmişik. Mahir indi "Nürnberq"də oynayır. Bizdə onlarla Mahir, Namiq var idi”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq