“Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovun Azərbaycan kubokunun yarımfinalında “Sabah”a 1:2 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?
- Oyun istədiyimiz kimi alınmadı. Rəqib bizi əks-hücumda yaxşı tuturdu. Düzdür, uduzduq, lakin bu, birinci matç idi. Qarşıda hələ cavab görüşü var. Sona qədər vuruşub yenə geridönüş edəcəyik.
- İlk matçdakı zəif çıxışdan sonra bunu etməyiniz nə dərəcə realdır?
- Bizim bundan da pis oyunlarımız olub. İstər kubokda, istər Avroliqada. Məsələn, Kiprdə “Aris”lə oyunda 0:2 hesabı ilə uduzmuşduq. Halbuki həmin matçda rəqib 10 qol vurmalı idi. Buna baxmayaraq, ikinci görüşdə 3:0 hesablı qələbə qazandıq və mərhələ adladıq. Odur ki, hər şey mümkündür. Azarkeşlərimizə borcluyuq. Çalışacağıq bu məğlubiyyətin əvəzini çıxaq və onlara borcumuzu qaytaraq.
- Ümumiyyətlə, əsas problem nədədir? Belə görünür ki, “Neftçi” hücum planında çox axsayır...
- Hücumlar istədiyimiz kimi alınmadı. Top itkilərinə çox yol verdik. Heç cür öz oyunumuzu göstərə bilmədik. Başa düşürük ki, gedişat yaxşı deyil və bunu dəyişməliyik.
- Fikirlərinizi ümumiləşdirsək, elə çıxır ki, “Neftçi” finaldan əlini üzməyib?
- Əlbəttə. Hesab 1:2-dir. Çalışacağıq ki, vəziyyəti dəyişək və vəsiqənin taleyini xeyrimizə həll edək.
- Zədədən yeni qayıtdığınız üçün ehtiyatda idiniz və sonradan meydana çıxdınız. Cavab oyununa qədər Emin Mahmudov 100 faiz hazır olacaq?
- İnşallah, hazır olacağam. Zədədən sonra komanda ilə birgə cəmi bir məşq keçmişdim, dərhal oyuna çıxdım. Buna görə mənim üçün çətin idi. İnanıram ki, cavab görüşündə daha yaxşı çıxış edəcəyəm.
- “Sabah”ın baş məşqçisi Vasili Berezutski mətbuat konfransında bildirib ki, “həm “Neftçi”, həm də hakimlərə qarşı oynadıq”. Sizcə, o, dediklərində nə dərəcədə haqlıdır?
- Bilmirəm o nə danışıb. Lakin yenidən oyunu izləsə, özü də görər ki, hakimlik nəsə yox idi.
- Ötən mərhələdən sonra 2 oyunluq cəzalandırılan və yarımfinalda komandaya kömək edə bilməyən Bassala Sambunun yoxluğu meydanda hiss olunurdu?
- Sambu gələndən yaxşı çıxış edir. Son turlar da fərqlənir. Əlbəttə, onun oynaması bizim üçün vacib idi. Komandaya faydası dəyərdi. Lakin mən digər hücumçularımıza da inanıram. İnşallah, cavab oyununda onlar da komandaya kömək edərlər.
PSJ yenə büdrədi
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı
“Mançester Yunayted”in yeni transferi zədələndi
“Barselona” və "Real"ın ən çox qazananları
İnyesta bu klubun baş məşqçisi oldu
“İmişli” anqolalı futbolçu transfer etdi
Avroliqa: Püşkün nəticələri
"Trabzonspor"un rəqibləri məlum oldu
Morata aşağı liqa klubuna keçir
“Qarabağ”ın yeni transferlərə ödədiyi məbləğ - Eksklüziv
"Beşiktaş"ın Avropa Liqasındakı rəqibləri bəlli oldu
"Çelsi"nin futbolçusu La Liqa klubuna keçdi
Misli Premyer Liqasında 3-cü turun hakimləri açıqlandı
"Bir qədər vaxta ehtiyacımız var" - Bense Varkonyi
Leon Qoretzkanın transferi açıqlandı
Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…
Tahir Gözel: "Daha da böyüyəcəyimizə şübhə etmirəm" - Video
"İnter Mayami"də yeni baş məşqçi
"Qarabağ" avrokuboklarla belə vidalaşdı - Video
Liqa mərhələsinin bütün iştirakçıları - Avroliqa
KL: Murad Məmmədovun komandası mərhələ adladı
Avroliqa: “Beşiktaş” Liqa mərhələsində, "Trabzonspor" uduzdu
Mahir qol vursa da, komandası mübarizəni dayandırdı
Con van den Brom: "Bunun sayəsində qələbə qazandıq"
Qurban Qurbanov məğlubiyyətdən sonra: “Gecikdik”
“Qarabağ” avrokuboklarla vidalaşdı