Mourinyo: "Vinisiusun yerində olsaydım"

Mourinyo: "Vinisiusun yerində olsaydım"
XƏBƏR 17 Oktyabr 2026 / 13:57 269
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın hücumçusu Vinisius Juniorun haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis braziliyalı oyunçunun xarakterini yüksək qiymətləndirib:

“Vinisius inanılmaz insandır və onunla yaxşı münasibət saxlamaq asandır. Hər gün onunla bir neçə dəqiqə təkbətək söhbət edirəm.

Ona çox böyük dəyər verirəm. Çünki Vinisius hər zaman vəziyyətdən çıxmağı, üzündə təbəssümlə yoluna davam etməyi bacarır. Mən onun yerində olsaydım, yəqin ki, artıq burada olmazdım. Mənə hörmət edilən bir ölkəyə keçmək üçün əlimdən gələni edərdim.

Amma “Real”a sədaqətinə və kluba sevgisinə görə Vinisius burada qaldı. Vinisius hər şeyin daha yaxşı ola biləcəyinə inanır və təbəssümünü qoruyur. Heç nə və heç kim heç vaxt onun əlindən bu təbəssümü ala bilməz”.


Qarabağ FK
Son xəbərlər
topaz banner