Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu

Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
XƏBƏR 17 Oktyabr 2026 / 10:58 491
-  A +

Ukrayna millisinin və Kiyev “Dinamo”sunun sabiq futbolçusu Roman Maksimyuk Rusiya ilə müharibədə həlak olub.

QOL.az xəbər verir ki, bu barədə RBC Ukraine məlumat yayıb. Uzun müddət itkin düşmüş hesab edilən keçmiş yarımmüdafiəçinin ölümü DNT ekspertizasının nəticələri əsasında təsdiqlənib.

Maksimyuk 2022-ci ilin payızında könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulub.

Sabiq futbolçu 2025-ci il yanvarın 30-da Pokrovsk istiqamətində döyüş tapşırığını yerinə yetirərkən sonuncu dəfə ailəsi ilə əlaqə saxlayıb. Bundan sonra ondan xəbər almaq mümkün olmayıb.

Maksimyukun həyat yoldaşı Vera sosial şəbəkədə paylaşım edərək ərinin ölümünün təsdiqləndiyini bildirib.

Roman Maksimyuk futbolçu karyerası ərzində “Prikarpatiye”, Kiyev “Dinamo”su, “Dnepr”, “Volın” və “Çernomorets” kimi klublarda çıxış edib.

O, 1998–2002-ci illərdə Ukrayna millisinin heyətində 5 oyun keçirib.


Qarabağ FK
Son xəbərlər
topaz banner