“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq

“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq
DÜNYA FUTBOLU 17 Oktyabr 2026 / 09:55 216
-  A +

“Real”ın müdafiəçisi Ferlan Mendi itlərindən birinin azyaşlıya hücum etməsi ilə bağlı məhkəmə qarşısına çıxacaq.

QOL.az sport.es-ə istinadən xəbər verir ki, Madrid Cinayət Məhkəməsi prosesin dekabrın 21-də başlanmasını təyin edib.

Fransalı futbolçu bədən xəsarəti yetirmə ilə bağlı hüquq pozuntusunda ittiham olunur. Belə ki, onun itlərindən biri 17 yaşlı yeniyetmənin ayağını dişləyib, daha sonra isə digər iki itə hücum edib. Onlardan birinin aldığı xəsarətlər səbəbindən sonradan evtanaziya edilməsi zəruri olub.

Bildirilib ki, prokurorluq Mendinin 1200 avro cərimələnməsini, həmçinin zərərçəkənlərə 5700 avro təzminat ödəməsini tələb edir.

Hadisə 2023-cü il yanvarın 4-də baş verib. Həmin vaxt futbolçunun dörd iti nəzarətsiz şəkildə həyətindən kənara çıxıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner