"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 23-cü turunda "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan danışıb.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibin müqavimət göstərəcəyini bilirdik. Oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sıx qrafik də oynayırıq və itkilərimiz var. Oyunun çətin keçəcəyini bilirdik. İlk hissədə gərgin mübarizə oldu. İki qol vurub, fərqləndik. İkinci hissə daha rahat keçdi. Vacib qələbə qazandıq. Qarşıda 8 gün vaxtımız var. Vacib oyunlarımız olacaq. Yaxşı istirahət edib, hazırlaşmalıyıq.
- “Sumqayıt”ı sizin xal mənbəyiniz hesab etmək olar?
- Qələbə qazansaq da, ciddi müqavimətlə üzləşmişik. Bəlkə də, son dönəmlərin ən stressli komandasına qarşı oynadıq. Yaxşı kollektivdir və heyətlərində yaxşı futbolçular var. Bilirdik ki, maksimal formamızdan bir az aşağı olsaq, çətin olacaq. Uşaqlar oyunun mahiyyətini başa düşürdü.
- Salifu Sumanın “elçiləri” artır. Onu saxlamağın çətin olacağını düşünmürsünüz?
- Futboldur, situasiyanı düzgün dəyərləndirmək lazımdır. Başımızı aşağı salıb, işimizi görürük. Klub və futbolçu üçün xeyirlisi nədirsə, o olsun. Tək Suma yox, bir neçə futbolçumuz üçün təklif almışıq. Bu gün bunu yox, oyunları düşünmək lazımdır.
- Ötən oyunu təhlil edib, kaş nəyisə fərqli edərdim demisiniz?
- “Neftçi” ilə matç bərabərə gedirdi. Qola qədər təhlükəli epizodlar bizdə idi. 88-ci dəqiqəyə qədər ədalətli nəticə bərabərlik idi. “Neftçi”nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Belə epizoddan sonra məhz qol buraxdıq. Hər şey bundan sonra başladı. Bütün güclə hücuma atılıb, qol vurduq. Bəlkə də, bu, qələbəyə bərabər olacaqdı. Ancaq sanki oyunçular matçın bitdiyini düşündü. Bundan sonra rəqib yenə qol vurdu. Matçdan sonra uşaqlarla danışdıq və bu oyundan dərs çıxarmalı olduğumuzu bildirdik. Rəqibin qələbə qolunda zəncirvari səhvlər etdik. Məyusedicidir, amma oyundan sonra qənaətə gəldim ki, bu məğlubiyyətin bizimçün faydası olacaq. Bu gün də ilk dəqiqədən sona qədər intizamı qoruduq. Ötən oyundakı qol bizi daha böyütdü.
- Bu mövsüm daha məhsuldar oynayırsınız. Oyun planında nələrisə dəyişdiniz?
- Müəyyən dəyişikliklər oldu. Lakin indi detallara varmaq istəmirəm. Ötən il çoxsaylı epizodlar qaçırırdıq. Arada uğursuz seriyaya düşürdük. Qol vura bilmədiyimiz oyunlarda hücumlarımız çox olurdu. Çalışacağıq ki, bütün komponentlərdə inkişaf edək. (sportal.az)
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov