Dünən “Qarabağ” dramatik oyunda “Zirə”yə 2:3 hesabı ilə uduzdu. Təbii ki, futbolda udmaq da olar, uduzmaq da. Lakin Ağdam klubunun Azərbaycan çempionatında ardıcıl 2 matçda, ümumilikdə isə ardıcıl 4 görüşdə məğlub olması gözlənilməzdir. Hətta deyərdik sensasiyadır. Görünən odur ki, “Qarabağ” “qara zolaq”dadır. Ancaq istənilən halda bunu faciəyə çevirmək düzgün deyil.
Birincisi, ona görə ki, bu, hər bir klubun başına gələn haldır. Çox uzağa getməyək. Götürək dünyanın ən güclülərdən olan “Mançester Siti”ni. Xosep Qvardiolanın çalışdırdığı kollektiv dünən “Arsenal”la oyunda darmadağın oldu (1:5). Bu, cari mövsüm “şəhərlilər”in İngiltərə Premyer Liqasında 7-ci məğlubiyyətidir. Komanda hazırda lider olan və 1 oyun az keçirən “Liverpul”dan 15 xal geri qalır. Onlar Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqəni isə yalnız son turdakı qələbə sayəsində qazana bildilər.
Həmçinin oxuyun: Can, “Qarabağ”! – Bizimki klub azarkeşliyi deyil, qələbə azarkeşliyidir
Göründüyü kimi, dünyanın ən güclüləri belə zaman-zaman bu cür uğusuz mövsüm keçirirlər. Yəni indiki məqamda “Qarabağ”ı asıb-kəsmək düzgün deyil. Faciəvi nəsə baş verməyib. Son iki məğlubiyyətə baxmayaraq, “Qarabağ” bu gün də ölkə çempionatında liderdir. Ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı 7 xal, üçüncü pillədəki “Zirə”ni isə 11 xal qabaqlayır.
“Qarabağ”la bağlı əsas narazılıqlar UEFA Avropa Liqasındakı uğursuz çıxışla bağlıdır. Bəli, Ağdam klubu ötən ildən fərqli olaraq bu dəfə qitənin ikinci dərəcəli klub turnirində uğur qazana bilmədi. Təmsilçimiz bu dəfə pley-offa yüksələ bilməsə də, bunu da böyük bir uğursuzluq kimi təqdim etmək düzgün deyil. Əvvəla, “Qarabağ”la yanaşı, “Braqa”, “Beşiktaş”, “Hoffenhaym”, “Nitsa”, “Slaviya” (hazırda Çexiya çempionatının lideridir) kimi klublar da Avroliqada mübarizəni erkən dayandırdı. Yuxarıda adını çəkdiyimiz klubların hansının adı, heyəti, büdcəsi “Qarabağ”dan zəifdir? Heç birinin!
Bu halda biz hansı əsasla Ağdam klubunun çıxışını faciəyə çevirək? Üstəlik, “Qarabağ”ın cari mövsüm Avroliqanın Liqa mərhələsində keçirdiyi 8 oyunun hamısını izləyənlər təsdiq edə bilərlər ki, bu matçların ən azı yarısında Qurban Qurbanovun komandası adlı-sanlı rəqiblərdən geri qalmırdı. Sadəcə bəzi oyunlarda bəxtsizlik, bəzilərində yersiz qırmızı vərəqələr lazımi nəticənin qazanılmasına mane oldu.
İndi bəziləri bu nəticəni elə təqdim edilər ki, sanki Azərbaycan klubları hər il Avroliqanın yarımfinalında oynayıblar, bircə bu il “Qarabağ” pley-offa adlaya bilməyib. Hələ Qurban Qurbanova yönələn tənqidlər... Və bu tənqidi edənlərin çoxu sadəcə avrokubok azarkeşləri ola bilər, əsl “Qarabağ” fanatı yox. Əsl "Qarabağ" azarkeşləri dünən "Zirə" ilə matçda əvvəldən axıradək komandalarının və Qurban Qurbanovun yanında oldular.
Çünki əsl azarkeş bilir ki, “Qarabağ” bu yerlərə məhz Qurban Qurbanovun zəhməti, gərgin əziyyəti, klubun doğru idarəetməsi sayəsində gəlib.
“Qarabağ” adlı əsərin müəllifi Qurban Qurbanovdur. İndi bu cür uğurlar qazanan məşqçi barədə səslənən bəzi yersiz fikirlər sadəcə ən yaxın keçmişi tez unutmağın göstəricisidir. Qurban Qurbanovun hansısa oyunda meydana buraxdığı “11-liy”i, yaxud əvəzetməsini müəyyən zamanlarda əksərimiz bəyənməmişik, narazılıq etmişik. Yaxud hocanın Mahir Emreliyə, Nəriman Axundzadəyə daha çox şans verdiyini düşünmüşük. Hətta bu gün Qurban bəy Nərimana verdiyi şansı heç oğlu Musaya vermir. Təbii ki, hərənin bir baxışı var. Hərənin də özünə görə həqiqətləri.
Lakin “Qarabağ”ın bu səviyyə çatmasında Qurbanovun rolunun danılmaz olduğu hər kəsin həqiqətidir. İllərdir “Qarabağ” avrokubokların qrup mərhələsində oynayırsa, bir ayaqla ölkə çempionu olursa, dünənə qədər futbolda böyük klubların diqqətindən kənarda qalmış Kadini yetişdirib "Krasnodar"a, Juninyonu tanıdıb Cənubi Amerika futbolunun əjdahalarından olan “Flamenqo” kimi kluba 5 milyon avroya satırsa, bu, Qurban Qurbanovun əməyinin nəticəsidir.
Uğurla uğursuzluq isə xeyirlə şər kimidir.
Uğur daimi ola bilməz.
Elə "Qarabağ"ın üzləşdiyi bu keçici uğursuzluq da.
Bir az səbr.
İbrahim Cəfərov
futbolxeber.az
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video