Prezident İlham Əliyev dünən 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında işğaldan azad olunan ərazilərdə stadionların tikintisindən də danışıb. O, Ağdamdakı İmarət stadionunun bütün beynəlxalq standartlara cavab verən arena olacağını deyib.

Eyni zamanda Xankəndi stadionunun da bütün beynəlxalq standartlara cavab verəcəyini, bu arenanın yenidən qurulması prosesinin gələn il başa çatmalı olduğunu bildirib.
QOL.az xəbər verir ki, bu, Azərbaycan futbolu üçün mühüm bir yenilikdir. O deməkdir ki, yaxın illərdə böyük futbolu biz azad olunan Qarabağımızda da görə biləcəyik. Özü də Avropa kuboklarının matçlarını. Belə oyunların mühüm siyasi əhəmiyyəti isə ayrıca geniş mövzudur.
Ağdam rayonunu təmsil edən "Qarabağ"ın iştirakı ilə Avropa kuboklarının oyunlarını (ən azı təsnifat mərhələlərinin) yaxın illərdə yeni tikilən İmarət və ya Xankəndi şəhər stadionunda izləmək hər bir azərbaycanlı üçün qürur ola bilər.

Yaxın 3-4 ildə orada əcnəbi klubları qəbul etmək üçün UEFA-nın tələb etdiyi hər bir şərait olacaq. Artıq stadionların 50-60 km. yaxınlığında beynəlxalq hava limanı (Füzuli), yaxşı otellər var, qalır yalnız arenalar...
Əlavə edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.
“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.

Xankəndi şəhər stadionuna gəlincə, 2023-cü ilin dekabrında orada “Qarabağ”la MOİK arasında Azərbaycan kubokunun 1/8 final matçı keçirilib. 1955-ci ildə istifadəyə verilmiş 15 min tamaşaçı tutumuna malik arenanın meydançası sünidir. Stadion şəhərin düz mərkəzində, Zəfər meydanının yaxınlığında yerləşir.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi