"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 16-cı turunda "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, görüşdən sonra təşkil mətbuat konfransında deyib: "Oyun ilk dəqiqələrdən gözlənilən kimi çox gərgin və sərt başladı. Bilirdik ki, "Kəpəz" aqressiv pressinq tətbiq edəcək, üzərimizdə təzyiq yaratmağa çalışacaq. Birinci hissə bizim üçün ağır keçdi. Çoxsaylı mübarizələr, ikinci toplar oldu. Buna baxmayaraq, iki baxımlı qol vurduq və hesabda irəli çıxdıq. Rəqibin ikinci hissədə təslim olmayıb, sona qədər mübarizə aparacağını gözləyirdik. Ona görə ikinci hissənin əvvəlində fərqlənmək bizim üçün vacib idi. Şükürlər olsun ki, bu, bizdə alındı. Hesabın 3:0, 4:0 olmasına baxmayaraq, rəqib dayanmırdı. Azər müəllim çox xarakterli komanda formalaşdırıb. Son turlarda göstərdikləri oyun bizdə narahatlıq yaradırdı. Bilirdik ki, strateji cəhətdən vacib oyundur. Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandıq".
Mütəxəssis qapıçı Tiaqo Silvanın uzun müddət oyuna çıxmamasından danışıb: "Silva çox yaxşı formadadır. Həmişə futbolçularımla dürüstəm. Bizim bir nömrəli qapıçımız Tiaqo Silvadır. Aralarında rəqabət var. Hazırda imkan olsa, qapıda Silva olar. Amma Aydın da özünü yaxşı tərəfdən göstərir. Ona göstərilən etimadı yaxşı yerinə yetirir. Təkcə Tiaqo deyil, bəzi futbolçuları da oynatmaq istəyirik, amma limitə görə oynada bilmirik. Həmişə dediyim kimi, əsas heyətin 17-18 futbolçusu var. İlin əvvəlində seleksiya edərkən nəzərə almışdım ki, yerlərlə bağlı problemlər ola bilər. Onları komandaya güvənərək gətirmişəm.
Baxmayaraq ki, Elçin Əlicanov da uzun müddətdir oynamırdı, amma 2-3 oyundur matça çıxır və inamlı çıxış edir. Hacıağa Hacılı da doğma mövqeyində oynamasa da, özünü yaxşı göstərir. Aydın Bayramov da həmçinin. Bu, futboldur. İşimizi elə qurmalıyıq ki, heyətimizdə 11 dəyişilməz oyunçu olmasın. Fərqli metoddur, bəzi məşqçilər başqa cür edir. Amma mən həmişə şərait yaradıram ki, rəqabət olsun, kim yaxşıdırsa, o da oynasın, kimin durumunda problem varsa, gözləsin. Komandamızda sağlam rəqabət var".
R.Sadıqov qarşıdakı oyunlar haqda da söz açıb: "Qarşıda bizi "Turan Tovuz"la oyun gözləyir. Etibarli və kompakt müdafiə olunan komandadır. Sonra isə "Səbail"lə qarşılaşacağıq. Ona görə qış fasiləsinə qədər vacib oyunlarımız var. Son matçlarda hücum xəttinin daha yaxşı oynadığını düşünmürəm. Eyni oynayırlar, sadəcə digər oyunlarda fürsətlərdən istifadə edə bilmirdik. Elə oyunlarımız olub ki, bundan da çox qol şanslarımız olub, amma dəyərləndirə bilməmişik. Bu gün yeganə fərqimiz bu idi. Ümid edirəm, gələcək turlarda da fürsətlərdən istifadə faizimiz bu cür olar".
O, zədələri futbolçularından da söz açıb: "Qismət Əliyev qışdan sonra oyunlara qayıda biləcək. Rüstəm Əhmədzadə də həmçinin. Məqsəd İsayev növbəti həftədən komanda ilə məşqlərə başlayacaq. Bu gün heyətdə var idi, amma risk edib meydanda buraxmadıq. Sadəcə komandanın yanında olmasını istədik. Zədələr futbolun bir hissəsidir. Biz də bundan zərər çəkirik".
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?