"Səbail" Misli Premyer Liqasının 16-cı turunda doğma meydanlarında "Araz-Naxçıvan"a 0:2 hesabı ilə məğlub olub.
QOL.az sportal az saytına istinadən xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Cavid Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:
- "Araz-Naçxıvan"ı təbrik edirəm. Oyuna yaxşı hazırlaşsaq da, uduzduq. Komanda olaraq üzülürük. Nələrisə dəyişmək istəyirik. Amma hələ ki alınmır. Hücum xəttində problemlərimiz var. Nə qədər çalışsaq da, düzəldə bilmirik. Səbirli olmalıyıq. Maksimum dərəcədə toparlanmalıyıq, özü də tez bir zamanda. Qış fasiləsinə qədər iki oyun qalıb. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.
- Şahin Diniyevin vaxtında da komanda uduzurdu, amma ara-sıra xal alırdı. "Səbail"i üç oyuna çıxarmısınız, amma qol da vura bilməmisiniz. Kimdir günahkar, Diniyev, yoxsa siz?
- Əlimizdə çox material yoxdur. Heyətimizə baxsaq, zədəlilərimiz də var. O qədər də geniş heyətə sahib deyilik. Gəldiyim gündən komandanı üç oyuna çıxarmışam. Kuboku çıxmaq şərtilə. "Qarabağ"la başabaş mübarizə aparmaq çox çətindir. "Sabah"dan xal alacağımıza çox ümidliydik, amma uduzduq. "Araz-Naxçıvan" bu dəqiqə ən formada olan iki komandadan biridir. Çalışırıq nəyisə dəyişək.
- Heyət geniş deyil?
- Önəmli nüansdır. Bir komandada sırf hücumçu yoxdursa, deyə bilərik ki, heyət geniş deyil. Hər mövqedə iki oyunçu olmalıdır. Amma bizdə çox mövqelər var ki, orada ikinci oyunçu yoxdur. Futbolçular hiss edirlər ki, onun yerində oynayacaq ikinci oyunçu yoxdur. Bu durumda işləmək çətindir. Qışa qədər başqa şansımız yoxdur. Son iki oyuna köklənəcəyik.
- Qışda büdcə ayrılmasa, erkən ayrılıq mümkündür?
- Bu haqda danışmaq hələ tezdir. Ümid edirəm ki, istədiyimiz transferləri edə biləcəyik. Bir neçə mövqe var ki, futbolçu gətirə biləcəyik.
- Özünüzü necə motivasiya edirsiniz?
- Durum aydındır, durumu bilib gəlmişəm. Futbolçularla da iclaslarda bunun mümkün olduğunu onlara aşılayırıq. Bir qələbə kifayət edər ki, özünəinam qayıtsın. Futbolda özünəinam böyük önəm kəsb edir. Qışa qədər iki oyun qalıb. Rəqiblərimiz də güclüdür. Bunu reallaşdıra bilmirik. İnamımız itməyib.
- Növbəti turda "Şamaxı" ilə qarşılaşacaqsınız. Dönüş nöqtəsi həmin matç ola bilər?
- Çempionatda hər rəqib bizim üçün eyni səviyyədədir. Çox istəyirik ki, qalib gələk. Sonuncuyuq deyə, təzyiq yaranır. Futbolçular da tunrir cədvəlini görəndə narahatlıq keçirirlər. İşimiz onları sakitləşidirib, oyuna kökləməkdir.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video