"Qarabağ"ın hücumçusu Redon Cica yanvarda, qış transfer pəncərəsi dövründə komandanı tərk edə bilər.
QOL.az xəbər verir ki, bu barədə o, ölkəsi Albaniyanın mətbuatına müsahibəsində bildirib. O, newsport.al saytına deyib:
"Futbolda heç nəyi əvvəlcədən söyləmək çətindir. Mənim onsuz da "Qarabağ"da oynamaq vaxtım az olur. Əgər yanvarda getmək istəsəm, mən bir neçə variant içində ən yaxşısı üzərində dayanacam".

Cica bir vaxtlar çıxış etdiyi Albaniya çempionatına qayıdacağını istisna etməyib: "Albaniya Superliqasına qayıtmağım mümkündür. Bu məsələ açıq qalır. Amma hələ bəzi məsələlər aydınlaşmalıdır".
Xatırladaq ki, Redon Cica 2023-cü ilin yanvarında "Tirana" klubundan "Qarabağ"a keçib. O, Ağdam klubunda bütün turnirlərdə ümumən 61 oyun keçirib, 11 qol vurub və 5 qolun ötürməsini edib.
Onun Azərbaycan təmsilçisi ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatır.
Avroliqada 18 oyun
"Qarabağ"dan acınacaqlı məğlubiyyət
Zirkzeedən "Roma"nın təklifinə cavab gəldi
David Alaba Madrid klubu ilə vidalaşır
Pol Poqbadan hər kəsi təəccübləndirən addım
Bundesliqada ilk qadın rəhbər
Xabi Alonsonun yanvara qədər vaxtı var
“Roma” yeni hücumçu hədəfi üçün hərəkətə keçdi
“Qarabağ”ın “Ayaks”la oyun üçün heyəti
“Real” Konate ilə bağlı geri addım atmağa hazırlaşır
“Əl-İttihad” Benzemanı gözlətməyə davam edir