"Əvvəlcə hamınızı salamlayıram. Artıq 5 gündür ki, Qəbələdə təlim-məşq toplanışındayıq. Estoniya ilə matç bizim üçün çox vacibdir. Oyuna həm taktiki, həm də psixoloji baxımdan hazırlaşırıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İstəyirik ki, mübarizə aparaq və yaxşı nəticə qazanaq".
QOL.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Musa Qurbanlı Millətlər Liqasının 5-ci turunda sabah Estoniyaya qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, görüş haqqında fkirlərini bölüşdükdən sonra jurnalistlərin suallarını cavablandırb.
- Azərbaycan millisi sabah qələbə qazanmasa, artıq D Liqasına düşə bilər. Komanda bunun fərqindədirmi?
- Əlbəttə ki, fərqindəyik. Bu oyunun bizim üçün nə qədər vacib olduğunu dərk edirik. Yalnız qələbəyə köklənmişik. Əzmkar mübarizə aparacağıq ki, layiqli qələbə qazana bilək.
- Bu mövsüm hələ də qol vura bilməməyinin səbəbi nədir?
- Mövsümün əvvəlində zədələndim, əməliyyat olundum. Hələ təzə-təzə oynamağa başlamışam. Çalışıram ki, optimal formamı bərpa edim. Ondan sonra hər şey özü yerini tapacaq.
- Fernandu Santuş milliyə baş məşqçi təyin olunandan sonra nəticələr dəyişmədi. Komanda yenə uduzur. Bəs sizcə Santuşun gəlişi yığmada nəyi dəyişib?
- Hər məşqçinin öz fəlsəfəsi var. Fernandu Santuş böyük məşqçidir, nailiyyətləri göz qabağındadır. Bu, mənim onunla ilk təlim-məşq toplanışımdır. Onun öz düşüncələri var. Biz isə oyunçular olaraq ilk növbədə buna öyrəşməli, alışmalıyıq. Fernandu Santuşun fəlsəfəsini meydanda 100 faiz həyata keçirməliyik. Düşünürəm ki, bunu edəndən sonra nəticələr daha da yaxşılaşacaq.
- "Yurqorden"də gözlənilən kimi oyun nümayiş etdirmədin. Azərbaycana gələndən sonra da zədələndin. Həmin dövr sənə travma yaşatdı, yoxsa hər şey qaydasındadır?
- Bunu normal qarşılayıram. Amma çətin oldu. Psixoloji baxımdan asan deyildi. Fərqindəydim ki, məndən gözləntilər böyükdür. Çünki gənc azərbaycanlı futbolçu kimi Avropaya yollanmışdım. Özümün də özümdən gözləntilərim yüksək idi. Bir az çətinliklər oldu. Çalışıram ki, bunu müsbət tərəfə aparım. Hər futbolçunun karyerasında çətinliklər olur. Bu, normaldır. Çətinliklər olmasa, nailiyyətlər də böyük olmaz. Bundan nəticə, yaxşı mənada dərs çıxarmalıyam. Hər nə qədər çətin olsa da, bu, məni həvəsdən salmamalıdır. Hələ gəncəm, karyeramın əvvəlidir, 22 yaşım var. Hər şey düşündüyüm kimi olmasa da, fikrimcə, bu, mənim üçün yaxşı təcrübə idi. 1 il Avropada, ölkə xaricində futbol oynadım. Çalışacağam ki, dərs çıxarım və gələcəkdə hər şey daha yaxşı olsun.
- İsveç kimi rəqiblərin heyətində Avropada oynayan futbolçular var. Biz Estoniyaya da uduzmuşuq. Sabah yenə onlara qarşı oynayacağıq. Estoniya ilə Azərbaycan millisinin heyətini müqayisə etsək, biz onlardan üstünük?
- Açığı, Estoniyanın futbolçularını, bir-bir tanımıram. Bilmirəm ki, hansı klublarda oynayırlar. Bu, mənim üçün çox da maraqlı deyil. Bəzən çox güclü komanda belə zəiflərə uduzur. Futbolda hər şey mümkündür. Öz oyunumuza köklənsək, öz oyunumuzu maksimum yaxşılaşdırsaq, rəqibi sadəcə taktiki cəhətdən analiz edərək qələbə qazana bilərik. Belə detallara çox fikir vermirəm. Çalışıram ki, meydana çıxıb öz işimi görüm.
- Bu mövsüm hələ zədə səbəbindən milliyə dəvət almamışdın. İndi yığmaya çağırılmağını özün üçün şans olaraq görürsənmi?
- Əlbəttə. Hər futbolçu millidə oynamaq üçün can atır. Başa düşürəm ki, zədədən təzə qayıtmışam. Bir o qədər oynamamışdım. Amma hər zaman millidə oynamağa hazıram. Baş məşqçi dəvət etdi, mən də çalışacağam ki, əlimdən gələni edim.
Azərbaycan güləşçilərindən 1 qızıl, 1 bürünc medal
Morata İtaliya klubuna keçəcək
"Portu"dan "Feyenoord"a - Rəsmi
"Atletiko"nun futbolçusu "Trabzonspor"a keçir
Millimizin sabiq üzvü bu kluba keçdi
"Çempionlar Liqasının finalını idarə etməyi arzulayıram" - Azərbaycanlı FİFA referisi
PSJ-nin qapıçısı "Milan"a keçə bilər
"Mançester Yunayted" bu hücumçunu transfer etdi
"Mançester Siti"nin yeni formaları - Şəkillər
Ozan Canlı "Volendam"dan heç-heçə
Azərbaycan millisindən 2 qızıl, 1 gümüş medal
Olimpiya çempionu 44 yaşında vəfat etdi
"Barselona" tarixinin yeni rekordu
"Real" onu göndərir
"Liverpul" Ekitike üçün nə qədər ödəyəcək?
"Atletiko" futbolçusunu icarəyə verdi
De Brüyne "Napoli"yə keçidi haqda
"Roma"dan yeni transfer
Reşford "Barselona" ilə nə vaxt müqavilə imzalayacaq?
“Şelbrun” - “Qarabağ” oyununa bilet qalmadı
"Real"ın yeni mövsüm üçün kapitanları məlum oldu
Messi dubl etdi, "İnter Mayami" qalib gəldi - Video
Krivotsyuk oynadı, komandası qələbəni əldən verdi
Azərbaycan güləşçilərindən daha iki medal
“Yuventus”la razılaşdı
PSJ futbolçusunu icarəyə verdi
Bernardeskinin yeni klubu məlum oldu
"Turan Tovuz" Türkiyədə heç-heçə etdi
"Tramp mənə dedi ki..."
Azərbaycan gimnastlarından növbəti qızıl medallar
"Real"da qalır
Azərbaycanın bayraqdarları bəlli oldu
"Mançester Yunayted"dən "Barselona"ya
Obameyanq Fransaya qayıdır
"İmişli" ilk yoxlama oyununu keçirdi
"Qarabağ"ın rəqibi "Arsenal"dan futbolçu transfer etdi
"Karvan" daha bir futbolçu ilə yolları ayırdı
Kurtua qalır, ya gedir?
"Zirə" də iştirak ərizəsini UEFA-ya göndərdi
Sabiq "Qalatasaray"lı "Araz-Naxçıvan"ın rəqibinə keçdi
Rakitiçə "Hayduk"da vəzifə verildi
"Arsenal"la 5 illik müqavilə bağlayacaq
"Hayduk" Bakı səfərindən əvvəl uduzdu