Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 106 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı Saleh Şirinov oldu.
- Saleh bəy, neçə ildir fiziki tərbiyə müəllimi olaraq çalışırsınız?
- Əvvəlcə qeyd edim ki, Azərbaycan İdman Akademiyasının məzunuyam. 30 ildir ki, fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərirəm.
- 1 aydır, yeni tədris ili başlayıb. Ümumilikdə orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətini necə qiymətləndirirsiniz?
- Məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətini qənaetbəxş hesab etmək olar. Nəzərə almalıyıq ki, şagirdləri bu fənni sevir, aktiv iştirak edirlər. Bu da fiziki tərbiyə dərslərinin keyfiyyətini daha da artırır.
- Bəs, fiziki tərbiyə müəllimləri dərsləri hansı səviyyədə, necə aparırlar?
- Təlimatlara uyğun tədris prosesi həyata keçirilir. Dərslər fiziki tərbiyə fənni üçün təyin edilən meyarlara uyğun aparılır.
- Uşaqların diqqətini cəlb etmək, onları əyləndirmək üçün hansı işlər görülür?
- Sağlam bədəndə sağlam ruh olar - biz bu şüarla addımlayırıq. Uşaqların dərslərə marağı yüksək səviyyədədir. Buna baxmayaraq, onları həvəsləndirmək üçün müəyyən addımlar atırıq. İstər normativlər, istər məşqlər, istərsə də oyunlar şagirdlər tərəfindən maraqla qarşılanır.
- Ümumilikdə orta məktəblərdə idman zallarının, meydançaların durumu qənaətbəxşdirmi?
- Bir-iki məktəbi çıxmaq şərti ilə, məktəblərin idman infrastrukturunu qənaetbəxş hesab etmək olar. 106 nömrəli tam orta məktəbin idman zalı və meydançaları bütün növ infrastruktur və təchizatlarla təmin edilib. Fiziki tərbiyə fənnini tədris etmək üçün hər bir şərait qurulub.
- Məktəblilər hansı idman yarışlarında iştirak edirlər?
- Uşaqlar müxtəlif yarışlara qatılırlar. Futbol, futzal, voleybol, basketbol, qol güləşi və s. idman növləri üzrə qüvvələrini sınayırlar.
- Dərs keçdiyiniz, gördüyünüz uşaqlar arasında, yəqin ki, istedadlı uşaqlar çoxdur. Onlar daha çox hansı idman növünə maraq göstərirlər?
- Bəli, düz vurğuladınız. İstedadlı uşaqlar var. Onlar daha çox futbola və güləşə maraq göstərirlər.
- Sizcə, ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün hansı addımlar atılmalıdır?
- Müxtəlif yolları sınamaq olar. Düşünürəm ki, uşaq-idman məktəblərinin sayı artırılmalıdır. Bu yolla uşaqları idmana daha asan cəlb etmək olar.
- Bəs, uşaqları pis vərdişlərdən uzaqlaşdırmaq, təhsilə və idmana bağlamaq üçün hansı layihələri həyata keçirmək olar?
- Məktəbimizdə bu qəlibdən tədbirlər həyata keçirilir. İstər məktəb rəhbərliyi, istərsə də müəllimlə şagirdlərlə tez-tez maarifləndirici tədbirlər həyata keçirirlər. Müxtəlif söhbətlər aparılır. Şagirdləri pis vərdişlərdən uzaq tutmağa çalışırıq.
- Şagirdlərinizə idmanla məşğul olmaq üçün necə motivasiya verirsiniz?
- İdmanda böyük uğur qazanmış idmançıları məktəbə dəvət edirik, onlar öz uğurları və həyatı haqqında maraqlı fikirlər bildirirlər. Bu, uşaqlara motivasiya verir.
- Hələ də bəzi valideynlər idmanın qız üçün olmadığını düşünür və qızlarını idmandan uzaq tuturlar. Buradan onlara nə demək istəyərsiniz?
- İdman həm oğlanlar, həm qızlar üçündür. Əvvəla uğur qazanmazdan öncə bunun qızlarımızın sağlamlığına müsbət təsir edəcəyini bildirmək istərdim. Ölkəmizə ilk Olimpiya qızılını məhz xanım idmançının Zemfira Meftahətdinovanın qazandırması, Mariya Stadnikin dördqat Olimpiya mükafatçısı olması, Lamiyə Vəliyevanın ikiqat Paralimpiya çempionu olması və başqa məqamlar sübut edir ki, idman hər kəs üçündür.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Qurban Qurbanovdan möhtəşəm nəticəyə ilk şərh
“Qarabağ” - “Çelsi” matçının ən yaxşı futbolçusu o oldu
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə
"Barselona"nın yeni transfer hədəfi
Kadi sıradan çıxdı
"Kimsə qalib gələcəyimizi desəydi, təəccüblənərdim"
“Qarabağ” - “Çelsi” oyununun - Heyətləri
Con Makqinn ilə müqavilə uzadıldı
Tayron Minqs yenidən ağır zədələndi
"Sabah"ın U-19 komandası “Nant”a uduzdu
Dominik Soboslay "Liverpul"un yeni ulduzunu təriflədi
Levandovski gələcək planları barədə danışdı
Britaniya səfiri “Çelsi”ni yox, “Qarabağ”ı dəstəkləyəcək
Mingəçevirdə vurulan 5 qol - Video
Anri Vinisiusu tənqid etdi
De Rossi A seriyası klubunu çalışdıracaq
“Qarabağ”ın U-19 komandası "Çelsi"yə uduzdu
1-ci liqada liderlərin günü
"Milan" və "İnter" "San Siro"nu aldılar - Rəsmi
Spaletti: "Xarakterli olduğumuzu göstərdik"
"Liverpul"a məğlubiyyəti qəbul etmək çətindir"
Arteta: "Məni sevindirən rekord deyil"
Azərbaycan derbisindəki avtoqollar
"Kamp Nou"da vərəm yayılması ilə bağlı araşdırma başlandı
Yamalın atası özündən 16 yaş kiçik qadınla evlənir - Şəkil
"Çelsi"dən Kenan Yıldız üçün böyük təklif
"Alonso istəsəydi, Virtz "Real"a keçəcəkdi"
"Qarabağ" azarkeşlərinə müraciət etdi
Trent Aleksander-Arnoldu fitə basdılar - Video
Ronaldo: "Tezliklə karyeramı başa vuracağam"
“CBC Sport” Ertem Şenerlə anlaşdı - Oyunu o da şərh edəcək
Enrike: "Qələbəni "Bavariya"ya hədiyyə etdik"
Rusiya millisi ev oyunlarını Azərbaycanda keçirə bilər
"İlk məqsədimiz yarımfinala yüksəlməkdir" - Millimizin üzvü
Tarixdə "Real"ı ən çox məyus edən onlardır
Haaland "Borussiya"da oynadığı dövrü xatırladı
Bellinqem bunu bacaran ən gənc futbolçudur
Azərbaycan derbisinə doğru: Qollar
PSJ Dembeleni itirdi
15 yaşında Çempionlar Liqasında rekord qırdı
Kimmix ÇL-də 100-ə çatdı