“Aston Villa” yarımmüdafiəçi Con Makqinnin komandada qalmasını rəsmiləşdirdi.
QOL.az xəbər verir ki, klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçu ilə yeni müqavilə imzalanıb. Saziş 2028-ci ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, 2018-ci ildən “Aston Villa”nın heyətində forma geyinən Makqinn indiyədək klubun tərkibində 299 oyuna çıxıb, 33 qol vurub və 41 məhsuldar ötürmə edib.
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?