"Milan" və "İnter" "San Siro" stadionunu və ətraf əraziləri satın alıblar.
QOL.az xəbər verir ki, bu haqda hər iki klubun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl "Milan" və "İnter"in stadionu söküb yerində yeni arena tikməyi planlaşdırdığı bildirilirdi.
Bu dəfə isə onlar stadion və onun ətrafı da daxil olmaqla böyük "San Siro" kompleksinin alınması üçün Milan Bələdiyyəsi ilə müqavilə imzaladıqlarını elan ediblər.
"Milan" və "İnter" yaydıqları bəyanatda bildiriblər: "Yeni stadionun tikintisi və "San Siro"nun yenidən qurulması layihəsi Milanının və hər iki klubun tarixində yeni səhifə açacaq. Bu strateji mərhələ "Milan" və "İnter"in, eləcə də onların sahibləri "RedBird" və "Oaktree"in uzunmüddətli idman uğurlarına və klubların davamlı böyüməsini dəstəkləmək üçün sərmayələrə olan birgə öhdəliyini əks etdirir.
Klublar yeni dünya səviyyəli stadionunun dizaynını və ətraf ərazinin baş planını "Foster + Partners və MANICA"ya həvalə ediblər. Stadion ən yüksək beynəlxalq standartlara cavab verəcək və Milanın yeni memarlıq simvoluna çevriləcək".
Qeyd edək ki, "San Siro" stadionunda həm "Milan", həm də "İnter" ev oyunlarını keçirir. Sözügedən klublar bunadək arenanı icarə əsasında istifadə edirdilər.
"Yuventus"un böyük planı
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev