“Düşünürəm ki, oyuna düzgün şəkildə başladıq. Matça nəzarət bizdə idi, amma birinci qolu buraxandan sonra 4-5 dəqiqə içində ikinci qolu da öz qapımızda gördük”.
QOL.az-ın xəbərinə görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Enzo Mareska “Qarabağ”la UEFA Çempionlar Liqası matçından (2:2) sonra keçirilən mətbuat konfransında bildirib.
O deyib ki, komandası ikinci hissədə xeyli yaxşı oynayıb.
45 yaşlı italiyalı mütəxəssis etdiyi rotasiyalar barədə də danışıb: “Bunu artıq bir neçə dəfə izah etməyə çalışmışam. Məqsəd Moisesi, Enzonu, Malonu və digər bəzi oyunçuları dincəltmək idi. Onlar hər üç gündən bir oynaya bilməzlər. Klublararası dünya çempionatı bizə çox təsir etdi. Rotasiyanı sınadıq. Qalib gələndə bunu heç kim qeyd etmir, amma uduzanda hamı bunun üzərində dayanır”.
Mareska “Qarabağ” haqda isə deyib: “Onlar yaxşı komandadır. Möhtəşəm işlər görürlər. "Qarabağ"a qarşı oynamaq çətin idi”.O, stadionda yaxşı atmosfer olduğunu da bildirib.
O, komandasının səhvləri haqda da danışıb: “Bu gün əsas fərq cərimə meydançasında idi. Bu cür qollar buraxmaq axmaqlıqdır. Rəqibin cərimə meydançasında biz kifayət qədər dəqiq deyildik. Mənim üçün əsas fərq budur”.
“Çelsi”nin top itkisi haqqında baş məşqçi belə deyib:
“Mən “Çelsi”də top saxlamaqda problem görmürəm. “Qarabağ” yaxşı pressinq edir, amma bizim də çoxlu qol imkanlarımız oldu”.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"