“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsinin cavab matçında Fransanın “Nant” klubu ilə qarşılaşıb. Matç rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.
UEFA Gənclər Liqası
5 noyabr
"Sabah" (Azərbaycan) - "Nant" (Fransa) 1:2
Qol: Anar Hüseynov, 88, Dabo, 17-pen.; 76-pen.
Hakimlər: Danilo Nikoliç, Yovan Qruiç, Aleksandr Qovedaroviç (hamısı Serbiya), Tural Qurbanov (Azərbaycan).
Masazır. "Bank Respublika Arena".