Məlum olduğu kimi, dünən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində futzal millimiz ilk oyununda Liviyaya qalib gəlib - 5:4. Millinin təcrübəli üzvlərindən Kənan Manafov gərgin keçən qarşılaşma haqda fikirlərini bölüşüb.
QOL.az-ın məlumatına görə, o, Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında əzmkar və istəkli oynadıqlarını deyib:
“Güclü rəqiblə qarşılaşdıq. Onlar dünya çempionatına vəsiqə qazanmış və təcrübəli futzalçılardan qurulublar. Bizim heyətdə yer alanların əksəriyyəti gənclərdir və beynəlxalq oyun təcrübəsi baxımından onlardan geri qalırdıq. İslam Həmrəyliyi Oyunlarına hazırlıq prosesi də qısa zaman kəsiyində oldu. Bunlar oyundan öncəki durum idi. Meydanda isə əzmkar, istəkli, sona qədər mübarizə aparan bir kollektiv olduq. “Döyüş”kənliyimizin nəticəsi olaraq sonda qələbə və 3 xal qazandıq”.
Futzalçı növbəti rəqib haqda da danışıb: “Növbəti oyunda Özbəkistan millisi ilə qarşılaşacağıq. Rəqibimiz turnirin favorit komandalarından hesab edilir. Səudiyyə Ərəbistanı ilə görüşlərini izlədik. Liviyadan daha güclü kollektivdirlər. Çətin olacaq, ancaq mübarizəmizi sona qədər davam etdirəcəyik. Qazanılan hər bir qələbə, xal və ya xallar özünəinamı artırır”.
Hücumçu millinin qarşısına qoyulan ilkin tapşırığı da açıqlayıb: “Komandanın hədəfləri var. İlkin tapşırıq qrup mərhələsindən yarımfinala yüksəlməkdir. Addım-addım hədəfə doğru irəliləyəcəyik”.
Futzalçı təşkilatçılığın yüksək olduğunu da qeyd edib: “Təşkilatçılığa gəldikdə, indiyə qədər hansısa problemlə qarşılaşmamışıq. İstər qaldığımız olimpiya kəndindəki şərait, istər qidalanma ilə bağlı vəziyyət, istərsə də oyun və məşq zalları mükəmməldir. Rəhbərlik də daim komandanın yanındadır. Qalır qarşıya qoyulan tapşırığı yerinə yetirmək, Bakıya medalla qayıtmaq”.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı