"Gürcüstanda futbola baxış, yanaşma fərqlidir. Onlarda sanki valideyin qarışıq fikri ancaq övladının harasa gedib oynamasıdır. Bəzi gürcü fubtolçular var, potensialı aşağıdır, amma böyük şeylər fikirləşir. Fundament elə qurulub ki, futbolla daha çox yaşayırlar".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la bugünkü oyundan sonra mətbuat konfransında deyib.
Gürcüstan futbolunun Azərbaycandan daha irəlidə olması ilə bağlı sualı cavablandıran mütəxəssis qonşu ölkədə bu idman növünə fərqli gözlə baxıldığını bildirib: "Orada federasiyada futbolçular çoxdur. Kaxa Kaladzenin mer olması bəlkə futbola diqqəti çoxaltdı. İmkanları bizdən daha çoxdur, Avropaya çıxışları var, Avropa klubları ilə ünsiyyətləri daha çoxdur. Ola bilər ki, milli komandaya öz güclərini verdilər, nəinki klub səviyyəsinə. Format olaraq, iclaslarımızda bütün ölkələrin strategiyası ilə maraqlanırıq. Gürcüstan, Belçika, Danimarka, filan müzakirə olunur. Hansı ki, onların təcrübəsindən nəsə əldə etmək olar. Pis düşüncələr yoxdur. Sadəcə qalır onları həyata keçirmək. Real baxmalıyıq, Gürcüstanda futbola sevgi, insanların futbolla yaşaması bizdən daha çoxdur. Heç kim də məndən inciməz. Bizdə niyə yoxdur? Bizə nə olub ki? Çox şey əldə edə bilərik. O qədər üstün sahələrimiz var. Güləşdə, cüdoda, hansısa idman növündə əsgərlərimiz, döyüşçülərimiz var. Çətinlikdən qorxan xalq deyilik. Nəsə düzgün addım atmaq lazımdır ki, hamı futbolla yaşasın".
AFFA İcraiyyə Komitəsinin üzvü olan mütəxəssis Azərbaycan futbolunun inkişafı üçün də işlər görüldüyünü qeyd edib: "Sadəcə gözləməliyik. Futbolumuzun gələcəyi üçün yeni plan hazırlanır. Məncə, hansısa fikir bildirməyim düzgün olmaz. Real baxmalıyıq. Bu gün komanda sayını çoxaltmağa gücümüz yoxdursa... Sponsor tapa bilmiriksə, danışmaqla düzələn deyil. Futbolu millətimizə sevdirməliyik. Bu gün Ehtiram Quliyevə ("Turan Tovuz"un İdarə Heyətinin sədri -red.) təşəkkür edirəm. İmkanı var, komanda yaradıb, nəsə Azərbaycan futboluna fayda vermək istəyir. Belə insanların sayı çox olmalıdır. Ya tələb olunmalıdır, ya da dövlət səviyyəsində nəsə olmalıdır. Nəsə desəm, düzgün çıxmaz.
Qlobal məsələdir. Çox istəyərdim ki, çempionatda 16-18 komanda olsun. Komanda bir gün Bakıda, bir gün Lənkəranda, bir gün Zataqalada, Gəncədə oynasın. Onda futbolun başqa ləzzəti olacaq. Futbol daha çox seviləcək. Bakının içindəyik, 2-3 dəfə kənara çıxırıq. Bir də var, 15 səfərimiz olsun. Futbolu hansısa yolla sevdirmək lazımdır. Bölgələrdə futbolu kütləviləşdirmək lazımdır. Yəqin ki, qarşıdakı illərdə düzələr. Özüm də üzgünəm, düşündüklərim həyata keçirə bilmirəm. Çox ağır söhbətdir. Ətrafında çox danışmaq olar. Ümid edək ki, yaxşı olacaq".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi