Bu gün futbol üzrə Azərbaycan milli komandası AFFA-nın yeni rəhbərliyinin dövründə ilk oyununü keçirəcək. Rəqib Avro-2024-ün iştirakçılarından biri olan Albaniya millisidir.
Fikrimcə, futbolçular bu görüşə fərqli motivasiyada çıxacaq. Ən azı həm bu, həm də Qazaxıstanla qarşıdakı matç milli üzvlərinin komandaya hələ təyin olunmayan, amma bəlkə də bu görüşləri gizli izləyəcək yeni baş məşqçiyə özlərini göstərmək baxımından yaxşı bir fürsətdir.
Yoxlama görüşləri olsa belə, yaxşı oyun və yaxşı nəticə uzun illərdir millidən haqlı olaraq incik düşmüş azarkeşlərlə komanda arasındakı buzu az da olsa əridə bilər. Çünki bu gun millinin oyunlarında stadionların boş olmasının yeganə bir səbəbi var: uğursuzluq, uğursuzluq və yenə də uğursuzluq.
Ümid edirəm, köhnə rəhbərliyin "xidmətləri" nəticəsində futbolumuzun başı üzərində qalan qara buludları yeni gələnlər zamanla dağıda biləcək. Amma o da qeyd edilməlidir ki, AFFA-nın bugünkü rəhbərliyi, qurumun İcraiyyə Komitəsi ilə bağlı (hər nə qədər onun tərkibi çoxlarını qane etməsə də) indidən birmənalı olaraq neqativ və pozitiv fikirlər səsləndirmək hadisələri qabalamaq olardı.
Necə deyərlər, səbr edib gözləməliyik.
Amma yeni baş məşqçi seçiminə həssaslıq və məsuliyyətlə yanaşılmalıdır. Xüsusən əgər o əcnəbidirsə. Bura gələn məşqçi tək cibini deyil, təmsil etdiyi ölkə qarşısındakı məsuliyyətin də fərqinə varmalıdır. Bu məsələdə isə AFFA-nın yeni rəhbərliyinin baş məşqçiylə fərdi söhbətlərindən çox şey asılı olacaq. Əvvəli məşqçi Canni de Byazinin davranışlarında biz peşəkar məşqçini deyil, daha çox ədəbaz, lovğa və özünü bəzən xuliqansayağı tərzdə aparan bir italyan görürdük...
Bundan sonra belə olmamalıdır. Bura gələn məşqçi birinci növbədə təmsil etdiyi ölkəyə, onun azarkeşlərinə, mediasına hörmət qoymağı bacarmalıdır.
Nəhayət, milliyə futbolçular seçilərkən komandaya xeyir verməmiş lazımsız legionerlərə millinin qapısı birdəfəli bağlanmalı və yola öz vətənpərvər azərbaycanlılarımızla çıxılmalıdır.
Aydın Bağırov
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"