"Rəqibin gücünə bələdik. Oyundan əvvəl də məşqçilər lazımi tapşırıqları verib. Albaniya millisini analiz etmişik. Rəqibin kimliyindən asılı olmayaraq, qələbə qazanmaq, xalqımızı sevindirmək üçün əlimizdən gələni edəcəyik.
QOL.az-ın Macarıstana ezam olunmuş müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli sabah keçiriləcək Albaniya ilə oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
"Oyunun rəsmi və ya yoldaşlıq matçı olmasının heç bir mənası yoxdur. Meydana Azərbaycan bayrağı altında çıxırıq. Albaniya xoş rəqibdir. Onların Avropa çempionatına hazırlaşması bizə əlavə motivasiya verir. Belə matçlar mənim üçün bayram kimidir. Milli komanda ilə qazanılan uğurun əvəzini heç nə vermir. Həmçinin hansı formada olduğumuzu görmək baxımından da əhəmiyyətli görüş olacaq. Komanda olaraq məşqlərdə bütün gücümüzlə hazırlaşırıq”.
Emreli meydana yüksək motivasiya ilə çıxacağını vurğulayıb: "Mövsüm sona çatsa da, oyun üçün acam. Çünki uzun müddət zədə səbəbindən oynamamışam. Motivasiyam başdan aşır. Bu sual Arif müəllimə verilsə daha yaxşı olardı. Amma məşqçimiz uşaqların hamısından razı görünürdü.
Hər birimizin Arif müəllimə hörmətimiz hədsizdir. Əlbəttə ki, onun bizə verdiyi motivasiya fərqlidi. Çünki o da bizim birimizdi - azərbaycanlıdır. Qol vursam, Arif müəllimə həsr edəcəm. Ümumiyyətlə isə hücumçunun işi qol vurmaqdır. Hər bir qol hücumçu üçün motivasiyadır".
P.S: Jurnalistlərin Macarıstana səfəri və mətbuat konfransında iştirakı Misli-nin dəstəyi ilə həyata keçirilib.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"