Azərbaycan millisi Türkiyəyə qalib gəldi

Azərbaycan millisi Türkiyəyə qalib gəldi
ÖLKƏ FUTBOLU 4 İyun 2024 / 21:30 5461
-  A +

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, Siyasət Əsgərovun çalışdırdığı komanda Türkiyə yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da keçirilən matç millimizin 1:0 hesablı qələbəsi ilə qarşılaşıb. Yeganə qolu 89-cu dəqiqədə Nigar Mirzəyeva rəqib qapısından keçirib.

Bununla da Azərbaycan millisi xallarının sayını 4-ə yüksəldib.

Səfərdə keçirilən görüşdə bu rəqibinə uduzan (0:1) Azərbaycan millisi seçmə mərhələnin ilk oyununda Macarıstanla heç-heçə (1:1) edib, 2-ci görüşdə İsveçrəyə 0:4 hesabı ilə məğlub olub. 

4 iyun

Aropa çempionatı, seçmə mərhələ

19:00 Azərbaycan – Türkiyə - 1:0

Qol: Nigar Mirzəyeva, 89


Son xəbərlər
topaz banner