"Düşünmürəm ki, "Qarabağ" bayram əhval-ruhiyyəsində idi. 1:0-dan sonra da, 2:1-dən sonra da çox güclü müdafiə olunurdular. "Qarabağ" ən yaxşı oyunlarından birini oynadı. Bu gün meydanda ən yaxşı "Qarabaağ" var idi".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin futbolçusu Ceyhun Nuriyev ötən gün Azərbaycan kubokunun "Qarabağ"la final matçından (1:2) sonra jurnalistlərə açıqlamasında deyib.
23 yaşlı yarımmüdafiəçi "Qarabağ" hər iki cəbhədə qalib gəldi, siz isə hər iki cəbhədə 2-ci oldunuz. Bunu "Zirə" adına uğur hesab etmək olarmı" sualını belə cavablandırıb: "Bəli, bugünkü gün bizim adımıza uğur saymaq olar. Azərbaycan kubokunu qazanmağı çox istəyirdik, buna bir az yaxın idik. Ümumilikdə isə məncə, "Qarabağ"dan sonra həm çempionatda, həm də kubokda 2-ci olmaq "Zirə"nin bumövsümkü uğurudur".
O, "Zirə" bir müddət qara zolağa düşməsəydi, mövsümün sonunda fərqli mənzərə görmək olardımı" sualına da cavab verib: "Bəlkə də həmin oyunlarda qazana biləcəyimiz xallar son 4-5 tura qədər çemponluq şanslarımızı qoruyub saxlayardı. Amma düşünürəm ki, futbolda belə hallar olur. Qara zolağa düşmüşdük. Qara zolağa düşəndə də bilirdik ki, biz oradan çıxacağıq. Bəlkə də həmin vaxt xallar qazansaydıq, son 4-5 tura qədər "Qarabağ"a yaxın ola bilərdik".
C.Nuriyev "Zirə"də özünü tapdığını deyib: "Zirə"də daha çox oynayıram. Bir futbolçunun inkişafı onun çox oynamağından asılıdır. Ona görə də inkişafa doğru getdim. Milli komandaya yenidən qayıtdım".
O, Avroliqanı səbirsizliklə gözlədiyini deyib: "Həyatımda ilk dəfə Avropa Liqasında oynayacağam. Bunu səbirsizliklə gözləyirəm. Konfrans Liqasında yox, Avropa Liqasında mübarizə aparmağımız bizə 1 məğlubiyyət haqqı verir. Bu, bizim üçün yaxşıdır. Azərbaycan çempionatından Avropa Liqasına yalnız 1 komanda vəsiqə qazana bilir. Bizim hədəfimiz də Avroliqa idi. Avropa Liqasından başlamaq bizi 1 addım öndə edir".
C.Nuriyev bir müddət "Sabah"ın əvəzedicilərdən ibarət komandasında çıxış etməsindən də danışıb: "5 ay 2-ci komandada oynadım. Oyun praktikası cəhətdən geri düşdüm. Amma məşqlərə davam edirdim. Ona görə də "Zirə"də formamı bərpa etməyim az vaxt apardı. Məşqlərlə özümü formada saxlamağa çalışırdım"
O, sonda Azərbaycan millisinin iyunun 7-də Albaniyaya, iyunun 11-də isə Qazaxıstana qarşı keçirəcəyi oyunlardan söz açıb: "Rəqiblər çox güclüdür. Albaniya Avropa çempionatında iştirak edəcək. Qazaxıstan da buna çox yaxın idi. Amma bu, milli komandadır. Əgər milli komanda ilə oraya gediriksə, ancaq qələbə barədə düşünəcəyik".
"İnter" üçün ağır xəbər
13 il, 80-ci qol
Premyer Liqa klubları koreyalı futbolçunu hədəfə aldı
UEFA-dan "Fənərbaxça"ya qadağa
"Aston Villa" yenidən ona göz dikdi
16 yaşlı futbolçu vəfat etdi
"Fənərbaxça" - "Nottingem Forest" Heyətlər
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
"İnter" rəqibin stadionunu sərt tənqid etdi
Şəhriyar Məmmədyarov finalda