"Zirə" Misli Premyer Liqasının 36-cı turunda doğma meydanda "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
QOL.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Çox emosional oyun idi. Futbolçularım soyuqqanlı şəkildə son saniyələrə qədər ürəkdən mübarizə apardılar. Təslim olmayan, amansız mübarizə aparan rəqib var idi. Son saniyələr elə keçdi ki, biz qol buraxsaydıq, avrokuboklardan kənarda qala bilərdik. İkinci qolu vurub daha rahat qələbə qazana bilərdik. Futbolçuların üzərində stress var idi. Buna görə də son zərbələr uğurlu alınmırdı. Şükürlər olsun ki, sonda istədiyimiz nəticəni əldə edə bildik. Hər kəsi ürəkdən təbrik edirəm. Bu yolu birlikdə keçmişik.
- Avrokuboklar uğrunda mübarizə çox gərgin keçdi. Sizcə, bunun "Zirə"yə Avropa Liqasında faydası nə qədər olacaq?
- Bu, mübarizənin içində olan bütün komandalar üçün faydalıdır. Belə yarışı son illərdə xatırlamıram. Bir dəfə son turda "Bakı" səfərdə "Xəzər Lənkəran" üzərində qələbə qazandı, "Qarabağ" "Neftçi" ilə heç-heçə etdi, digər tərəfdə "İnter" qələbə qazanıb çempion oldu. Bu il isə avrokuboklar uğrunda belə gərgin mübarizə getdi. Bu, hər komanda üçün inkişaf yolunda böyük təkan olacaq. Rəhbərliklə gələcək planlar haqda ətraflı danışacağıq.
- Avropa Liqasına vəsiqəni təmin etdiniz. Komandanı "Qarabağ"la kubok matçına kökləmək çətin olmayacaq?
- Bunu zaman göstərəcək. İndi nə desəm, boş olacaq. İstirahət edib oyuna hazırlaşacağıq. "Qarabağ"ın finala hazırlaşmağa daha çox vaxtı olub. Bizim üçün sevindirici haldır ki, həm çempionatda, həm də kubokda önümüzdə olan komanda "Qarabağ"dır. İstəyirik ki, mövsümü titulla başa vuraq. Amma çempionatda ikincilik mənim üçün titul qədər önəmli idi.
- Başqa təkliflər olsa, fikriniz necə olacaq?
- Gələcəyimi "Zirə"də görürəm. Rəhbərlik gələn il də davam etmək istəyirdi. Amma mən özüm bildirmişdim ki, sonluğu gözləyək. Keçən il də avrokuboklara düşə bilməmişdik. Bu il də kənarda qalsaydıq, düşünəcəkdim. Avropa Liqasına vəsiqə qazandıq. Mənim planlarım "Zirə" ilə bağlıdır. Bu komanda ilə avrokuboklarda uğurlu çıxış etmək istəyirəm.
- Mövsümün əvvəlində "Zirə" çox tənqid olunurdu. Bu nəticə ilə tənqidlərə cavab verdiyinizi düşünürsünüz?
- Yaşlandıqca mətbuatdan uzaq qalmağa çalışıram. Nə barədə tənqid olub, məndə dolğun məlumat yoxdur. Bilirəm ki, oyun barədə nəsə fikirlər olub. Şərh etmək istəmirəm oyunumuzu. Heyətdə itkilərimiz çox idi, rotasiyalar edə bilmirdik. Rəhbərlik qışda əlavə büdcə ayırıb transferlər etməyə mənə şərait yaratdı. Kiməsə cavab vermək istəmirəm. Mən karyeram boyunca tənqidlərlə rastlaşmışam. Fikrimi ancaq öz işimə kökləyirəm.
- Müdafiə futbolu oynatdığınız deyilir...
- Futbolçulardan soruşun, mən 80 faiz hücum üzərində işləyirəm. Bəli, hər futbolçudan müdafiə olunmağı tələb edirəm. Bu, müasir futbolun kriteriyalarıdır. "Qarabağ"la, "Sabah"la müdafiədən oynamışıq. Amma "Neftçi"yə qarşı 4 oyun keçirmişik. Evdə oyunu qura bilmədik, müdafiən oynadıq. Amma digər 3 matçda biz daha aktiv olmuşuq, hücum etmişik. Ola bilər əla futbol oynamamışıq. Müqayisə olaraq deyə bilərlər ki, filan komanda sizdən daha yaxşı idi. Amma mən o fikirlə razı deyiləm. 36 oyundan dördündə komandadan narazı olmuşam. Digər matçlarda topa nəzarət bizdə olub, hücumlar etmişik. (sportal.az)
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video