"Sumqayıt" Misli Premyer Liqasının 35-ci turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- "Qəbələ" ilə oyuna hazırlaşacağıq. Əlimizdən gələni etməyə çalışacağıq.
- Yenə "Sabah", yenə Murad Xaçayev səhv etdi. Sizcə, bu, təsadüfdür?
- Neynəyək Xaçayevə? Əlbəttə təsadüfdür. Digərləri də səhv edir. Bir nəfərin üstünə düşmək düzgün olmaz. İnsanlardı da, robot deyillər ki. Canı sağ olsun.
- Oyunçu keyfiyyəti baxımından "Sabah"dan geri qaldığınızı düşünürsünüz?
- Hər oyunçuya verilən pul göz qabağındadır. Bizdə inkişaf etməyə çalışan futbolçular var. Amma rəqibin oyunçuları bu cür ajiotajı görüblər. Əlbəttə fərq olacaq. Bu gün keyfiyyətdə uduzduq. İkinci hissədə rəqibi üstələdik. Onlar əks-hücumda oynamağa başladılar. İlk yarıda biz bunu etməli idik. Əfsuslar olsun ki, hücumçularımız bunun öhdəsindən gələ bilmədilər. Hər şey normaldır. Futbolçularımı göstərdikləri əzmə görə təbrik edirəm.
- Yanvarda transferlərin olmaması bu gün özünü göstərir?
- Transferlə bağlı rəhbərlikdən soruşun. Mən artıq yoruldum. İndi transferdən danışmağı məqsədəuyğun saymıram. Komandanın avrokuboklar zonasında olması mənim üçün, şəhərim üçün xoşdur. Heç nə itməyib. İtsə də, imkan vermərəm ki, kimsə futbolçularıma nəsə desin. Oyunun qırılma nöqtəsi Rövlanın zədələnməsi idi. Təlaşda olmalı deyilik.
- Abu Dossonun oyununu qiymətləndirərdiniz...
- Sıfır.
- Ardıcıl 4-cü dəfədir səfərdə "Sabah"ı məğlub edə bilmirsiniz. Bu, təsadüfdür?
- Bu gün bilirdim ki, nə qədər ajiotaj var. Bu, bizi Avropada da gözləyir. "Sabah"dan dala qalmadıq. Onların futbolçularına təəccüblənirəm. Bar-bar bağıran siz idiniz ki, rəqiblər vaxt aparır. Bu gün sizi yerdən yığışdırmaq olmurdu. Bilirəm deyəcəksiniz ki, əcəb edirdilər. Olsun.
- Hakimlik barədə düşüncələriniz necədir?
- Bizi uşaq yerinə qoymayın. Hakim neynəsin? O da nəyəsə uymalıdır. Üç oyunun ikisinə xaricdən VAR hakimi gəldi, birinə yerli hakim verdilər ki, Tovuz uzaqdır. Bizi niyə Tovuza göndərirsiniz bəs? "Sumqayıt"ı "dartırlar" və s. Bunun axırı var idi də. Biz bilirdik. Amma bu gün hakimə görə uduzmadıq. Hakim məsələsini atın kənara, hər şey bəllidir. (sportal.az)
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video