“Qərarlar az olsa da, ümumən görüş maraqlı keçdi. Gələcəklə bağlı, daha çox nələrə diqqət ayrılacağı barədə müzakirələr apardıq”.
QOL.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov qurumun bugünkü iclası barədə danışarkən deyib.
O bildirib ki, düşünülən fikirlərin hamısını qısa zaman kəsiyindən icra etmək asan deyil: “Mənim elə bir ciddi əlavəm olmadı. Sadəcə bəzi detallar ətrafında müzakirələr getdi, hamımız öz fikrimizi bildirdik. Sonda qərara alındı ki, belə görüşlər tez-tez keçirilməlidir. Çünki düşünülən fikirlərin birdən-birə hamısını icra etmək asan deyil. Ona görə də bütün bunları geniş müzakirə etməliyik ki, Azərbaycan futbolunda gələcəkdə nələri daha da yaxşılaşdırmaq olar”.
“Premyer Liqada komanda sayının artırılmamasına əsas səbəb olaraq nə göstərildi?” sualını Q.Qurbanov belə cavablandırıb: “Qısaca şərait, struktur. Bu gün elə klublar var ki, Premyer Liqada iştirak etsələr də, onları da problemi var, həm büdcə, həm də struktur baxımından. Regionlarda strukturun yaxşılaşdırılması nəzərə alındı. İclasda bildirildi ki, hal-hazırda buna tam hazır deyilik. 2, 3, 5 ildən sonra klub sayının artırılması, hətta sayın bəzi Avropa ölkələrində olduğu qədər artırılması mümkündür. Bütün bunlar gələcəkdə nəzərə alınacaq”.
Qurbanov qeyd edib ki, regionlarda strukturun yaxşılaşdırılması işi AFFA tərəfindən aparılacaq: “Əlbəttə ki, bütün qərarlarında AFFA dövlət səviyyəsində məsləhətləşmələr, diskussiyalar aparacaq”.
Təcrübəli mütəxəssis dövlət tərəfindən klublara ayrılan maliyyə vəsaitinin artırılacağını istisna etməyib: “Bu məsələ müzakirəyə açıqdır. Qarşıdakı görüşlərdə bu barədə danışılacaq. Maliyyə yardımının məbləği məsələsinə yenidən baxılacaq. Bütün illik xərclər hesablanandan sonra İcraiyyə Komitəsi bu mövzuya yenidən qayıdacaq”.
Qurban Qurbanov bildirib ki, Premyer Liqamızdakı legioner limiti ilə bağlı məsələ çox müzakirə edilməyib: “Bu barədə hamı ortaq fikirdə oldu. Qarşıdakı mövsüm limiti 7+4, 2025-26 mövsümündə isə 8+3 olacaq. Sonradan isə ümumi gedişata baxılacaq”.
İcraiyyə Komitəsinin üzvü “Qəbələ”ni Premyer Liqada I Liqanın qalibinin əvəzləyəcəyini söyləyib: “Böyük ehtimalla, I Liqanın qalibi olan komanda Premyer Liqaya yüksələcək. Amma təbii ki, bunun üçün həmin komanda lisenziya şərtlərinə tam cavab verməlidir”.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var