"Het-trik etmək hər zaman diqqət çəkir" - "Neftçi"nin hücumçusu

"Het-trik etmək hər zaman diqqət çəkir" - "Neftçi"nin hücumçusu
ÖLKƏ FUTBOLU 13 May 2024 / 11:51 1827
-  A +

"Mən hücumçuyam, missiyalarımdan biri qol vurmaqdır, amma təbii ki, het-trik hər zaman diqqət çəkir. Qollarıma görə çox sevindim. Oyunumdan çox razıyam".

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin braziliyalı hücumçusu Andre Şinyaşiki ölkəsinin mətbuatına açıqlamasında  deyib.

Misli Premyer Liqasının 34-cü turunda "Kəpəz"lə oyunda (5:1) het-trik edən futbolçu komandasının avrokubok şansları şansları haqda da nikbin danışıb: "İki tur qalıb. Bu iki oyunda qalib gəlsək, ikinci yeri tutacağıq. Oyunlarımızdan biri birbaşa rəqiblə, biri isə heç bir iddiası qalmayan komanda ilə olacaq. Amma biz hər ikisinə eyni şəkildə hörmətlə yanaşırıq”.

Qeyd edək ki, 26 yaşlı futbolçu bu mövsüm "Neftçi"də 31 oyuna 5 qol vurub, 6 qol ötürməsi edib.

Daha çox


Son xəbərlər
20.02.26  13:07

13 il, 80-ci qol

topaz banner