"Şadam ki, qalib gəldik. Ardıcıl iki oyundu qələbə qazanırıq. Futbolçular anlamalıdır ki, Premyer Liqanı tərk etsək də, peşəkar qalmalıyıq. Oyunçular hər zaman maksimumunu verməlidir. Özümüz də səhərdən axşama işləyirik. Onlar da bunu görür".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze Misli Premter Liqasının 34-cü turunda bu gün "Sabah"a qalib gəldikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis ardıcıl iki qələbədən başqa, digər sevindirici məqamların da olduğunu bildirib: "Futbolçular öz markalarını saxlamalıdırlar. Onlara bunu demişdik və əməl etdilər. "Qəbələ" həm böyük klubdur, həm də gənc yaxşı futbolçulara şans verir. Onlar da özlərini yaxşı tərəfdən göstərirlər. Bizim sağ cinah müdafiəçimiz olan Eşqin Əhmədovu indiyə qədər kimsə tanıyırdı? O, oyunun ən yaxşısı idi. Özünəinamlı və matça yanaşması ilə əla idi. Mərkəz müdafiəçimiz İbrahim Ramazanov da ikinci oyundur ki, meydandadır. Bütün bunlar pozitiv məqamlardır. Özlərini göstərməyə çalışırlar. Oyuna gəldikdə, qırmızı vərəqəyə qədər də diqtə edən tərəf biz idik. Müdafiədə etibarlı və diqqətli oynadıq. Epizodlarımızdan da istifadə edib qalib gəldik. Bir neçə qol epizodumuz var idi. Əsas odur ki, qalib gəldik. Neqativ odur ki, komanda artıq Premyer Liqadan düşüb. Necə olacağını sabah görəcəyik. Əsas odur ki, biz işimizi yerinə yetirək. Biz bura gəlmişiksə, özü də xarici kimi gəlmişiksə, sona qədər peşəkar kimi çalışacağımızı maksimum göstərməliyik. Sabah necə olacağını bilmirik. Təki, hər şey yaxşı olsun".
Baş məşqçi gənc futbolçulara şans verməkdə çəkinmədiyini deyib: "Bizim özümüzdə də bu cür suallar var. Amma biz neçə vaxtdır ki, buradayıq? Hər şeyə zaman lazımdır. Gənc oyunçuları görmək, ikinci komandamızın oyunlarına getməyimiz üçün vaxt lazım idi. "Qəbələ-2"nin oyunlarına getdik və gənc futbolçuları oradan əsas komandaya cəlb etdik. Psixoloji anlar da var. Amma əmin olun ki, özüm-özümə də bu sualları verirəm".
Sxadadze sonuncu əvəzetmələr zamanı ehtiyatda qalan İlkin Qırtımovun əsəbiləşməsinə və final fitini gözləmədən paltardəyişmə otağına yollanmasına da münasibət bildirib: "Hər kəsin öz vəzifəsi var. Hamı da öz vəzifəsinin öhdəsindən gəlməlidir. İlkinə oynamaq şansı verdik, oynadı, daha sonra zədələndi. Mən baş məşçqiyəm. Fikrimcə, onun mövqeyində oynayan sağ cinah müdafiəçi və sağ cinah mərkəz müdafiəçisi bugünkü gündə ən güclüdür. Təbii ki, hər futbolçu oynamadığı üçün əsəbi olmalıdır. İlkin də təcrübəli futbolçudur. Əgər o, özünü saxlaya bilmirsə, azaddır. Mən tərəfdən problem yoxdur. O, özünü saxlaya bilmirsə, mənim yox, özünün problemidir. Bu cür anları çoxdan keçmişəm. 10-15 il əvvəl bu cür epizodlara reaksiya verirdimsə, çoxdandır ki, reaksiya vermirəm".
Baş məşqçi qələbə qazanmaqlarında psixoloji gərginliyin olmaması fikri ilə razılaşmayıb: "Kimsə belə düşünürsə, mənim üçün problem deyil. Futbolçu meydana çıxırsa, ola bilməz ki, stressiz olsun. Futbolçular daim peşəkar kimi qalmalıdır. Çox oyunda bizim sadəcə bəxtimiz gətirmədi. "Neftçi" qapımıza bir zərbə vurdu, qalib gəldi. "Səbail"lə görüşdə 2:0 qalib gəlirik, sonda uduzuruq. Bəhanə gətirmirəm, sadəcə faktı deyirəm".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var