“Rəqibi təbrik edirəm. Bu gün bizdən yaxşı oynadılar".
QOL.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 34-cü turunda bu gün "Qəbələ" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis səfərdə 0:2 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Birinci hissədə biz öz səviyyəmizə uyğun çıxış etmədik. Çoxlu top itirdik. Həmçinin meydanda futbolçular arasında əlaqə daha yaxşı olmalıydı. İkinci hissənin əvvəlində komanda yaxşı təsir bağışladı. İrəlidə rəqibə yaxşı təzyiq edirdik. Buna baxmayaraq, azlıqda qaldıq, bir nəfər azlıqda mübarizə aparmaq da çox çətindir. Bura qələbə üçün gəlmişdik. Lakin təəssüf ki, çoxlu səhvlərə yol verdik, bunun da qarşılığında məğlub olduq”.
Renduliç yayda əsas rəqiblərindən biri olan "Zirə"yə keçəcəyi gözlənilən Davit Volkovun bu gün qırmızı vərəqə alması ilə bağlı sualı da cavabıandırıb: "Bizimlə iyuna qədər müqaviləsi var. 15-20 gündən sonra nə olacağını deyə bilmərəm. Volkov komandanı 10 nəfərlə meydanda qoymaqla böyük səhv etdi. O, özü-özünü cəzalandırdı. Çünki qarşıda iki oyun var və həmin matçlarda iştirak etməyəcək".
"Sabah"ın çalışdırıcısı qarşıdakı mübarizələri haqda da fikirlərini bildirib: "İdmanda bəzən qalib gəlirsən, bəzən uduzursan. Bizim üçün psixoloji problem olmayacaq. Dörd oyunda qalib gəlmişdik. "Qarabağ"ı məğlub edəndə də, "Real" (Madrid) deyildik. İndi uduzmuşuqsa, o demək deyil ki, ikinci liqa səviyyəsində hansısa komandayıq. Xüsusi məqsədlərimiz var və onlara çatmaq üçün çalışmalıyıq".
"Araz-Naxçıvan" "Zirə"ni məğlub etdi, "Kəpəz" "Sumqayıt"dan xal aldı, bu gün isə "Qəbələ" "Sabah"a qalib gəldi. Ümumiyyətlə, stimullaşdırma məsələsinə normal yanaşırsız, yoxsa qeyri-peşəkarlıqdır? Renduliç bu sualı belə cavablandırıb: "Dünyanın çox yerində stimullaşdırma var. Amma bilmirəm, Azərbaycanda buna icazə verilir? Digər komandalara deyə bilmərəm ki, o biri klubları stimullaşdırmayın. Bu haqda nəsə deməyim doğru olmaz".
Renduliç mövsümü sonunu yerdə tamamlayacaq "Qəbələ"nin infrastrukturu haqda da danışıb: "Həqiqətən də çox təəccübləndim. Çoxlu meydançalar var, əsas meydançanın səviyyəsi çox yaxşı idi. Bəlkə də Azərbaycanda ən yaxşı futbol infrastrukturuna malik "Qəbələ"dir".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var