"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 34-cü turunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.
QOL.az xəbər verir ki, o, əvvəlcə oyun barədə fikirlərini bildirib.
- Bu gün bərk komandaya qarşı oynayırdıq. Hansı ki, meydanda yaxşı mübarizə aparırdılar. Birəbir mübarizələri uduzmayan rəqibə qarşı oynadıq. Qələbə olsa da, asan deyildi. Futbolçularım çox əziyyət çəkdilər. Tam öz oyunumuzu istədiyimiz kimi göstərə bilmədik. Futbolçular qələbə üçün xeyli güc sərf etdilər. "Zirə"yə uğurlar arzulayıram.
- Juninyo "Bayer"lə oyundan sonra sanki o qədər də hərəkətli görünmür. Bunu təkliflərlə əlaqələndirirsiniz?
- Hərəkətində geriləmə var. Məşqçi olaraq bunu başa düşürəm. Həm dediyiniz fikirlər, həm də oyunlara motivasiya etmək asan deyil. Nə qədər futbolçuları motivasiya etsək də, onlar özləri də özlərini motivasiya etməyi bacarmalıdırlar. Görünür tam istədiyim kimi alınmır. Bəlkə də, komandaya tam uyğunlaşmayıb. Bizim rejimdə, məşq proseslərimizdə, hər oyuna yanaşmağımızda, ola bilər tam dərk edə bilməyib. İnanın ki, hər şey yaxşılığa doğru gedir. Özü ilə də söhbətimiz olub. Gələn il daha yaxşı Juninyo görmək istəyirik. İnanıram ki, onunla ilə birlikdə bacaracağıq ki, istədiyimiz Juninyo hər oyunda olsun.
- Mövsümü bağlayan zədəli futbolçu var?
- Gedişata baxacağıq. Marko Veşoviçdə daha ciddi görünür. Yassin Benziada gedişata baxacağıq. Həkimlər 10-12 gün deyiblər, amma hər bir halda, əzələ məsələsidir. Əzələ elədir ki, tələssən, problem yarana bilər. Ayın 26-da oyuna hazır olmaq ehtimalı var. Amma 100 faiz hazır olmasa, risk etməyəcəyik. Çünki böyük ehtimalla milliyə dəvət edəcəklər.
- Müqaviləsi bitən oyunçularla danışıqlar başlamısınız?
- Vaxtımız var. Yüngül danışıqlara başlamışıq. Hər bir halda, mövsümün sonunda bilinəcək.
- Komandaya gətirmək istədiyiniz oyunçularla danışıqlar var?
- Danışıqlar var. Amma yekunlaşdırılan yoxdur.
- "Qarabağ" Kadi, Mahiri, Musanı geri qaytarır?
- Heç biri ilə hələ danışığımız yoxdur.
- Avrokuboklar uğrunda 4 komanda mübarizə aparır. Sizcə, hansı daha şanslıdır?
- Hər birinin şansı eynidir. Maraqlı sonluq olacaq. Hər birinə uğurlar arzulayıram.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video