Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 33-cü turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
“Kəpəz” – “Sumqayıt” oyununun 90+2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Kəpəz” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. Matçın 90+6-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb, “Kəpəz” klubu 3000 manat cərimə edilib. Oyunda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilib.
Matçda “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Kəpəz” klubu 800 manat cərimə edilib. Oyunda “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlər təhqir edildiyinə görə “Kəpəz” klubu 1000 manat cərimə edilib. 90+6-cı dəqiqədə “Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sumqayıt” klubu 500 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Qarabağ” klubu 800 manat cərimə edilib. Azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilib. Matçın 78-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Yuri Matias hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Neftçi” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. “Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən 10 ədəd oturacağın sındırılmasına görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödəməlidir.
“Turan Tovuz” – “Zirə” oyununun 90+9-cu dəqiqəsində “Turan Tovuz”un futbolçusu Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Turan Tovuz” klubu 3000 manat cərimə edilib. “Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video