Azərbaycanın U-19 millisinin seçmə mərhələ oyunlarının vaxtı açıqlandı

Azərbaycanın U-19 millisinin seçmə mərhələ oyunlarının vaxtı açıqlandı
ÖLKƏ FUTBOLU 6 May 2024 / 13:51 590
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının 2024/2025 mövsümü üzrə seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, 7-ci qrupda yer alan U-19 noyabrın 13-də İrlandiyanın, 16-da İslandiyanın, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Moldovada keçiriləcək..

Daha çox


Son xəbərlər