“Biz həqiqətən mövsümün əvvəlindən tək qalmışıq. Nə meydançamız, nə bazamız, nə pulumuz var. Heç nəyimiz yoxdur”.
QOL.az xəbər verir ki, bu sözləri Türkiyənin “Hatayspor” klubunun qapıçısı Erce Kardeşler “Gazeteduvar”a açıqlamasında deyib.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi Hatay klubu maddi çətinliklər içərisindədir. Türkiyəli qapıçı komandanın durumunun acınacaqlı olduğunu bildirib:
“Bəzən insanlar bizə əsəbiləşirlər. Amma mən həyatımda belə kollektivlə işləməmişəm. Onların hər biri ilə fəxr edirəm. Çünki çox şəraitsiz vəziyyətdə mübarizə aparırıq.
30 yaşım var, 10-11 ildir futbol oynayıram. İlk dəfədir ki, bir klubun bu qədər baxımsız qaldığını görürəm. Futbol komandası basketbol üsulu ilə məşq edərək oyunlara hazırlaşır. Bu mümkündürmü?
5 aydır ki, quru çörək yeyirik. Məşqdən sonra duş qəbul etmədən evə gedirik. 1,5 saatlıq yoldan heç danışmıram. Tək arzum “Hatayspor”un Superliqada qalmasıdır. Mən hataylılar üçün buradayam. Həmişə getmək istəyəndə ürəyim buna icazə vermir. Bəlkə də, bu çıxışdan sonra insanlar bizə dəstək olacaq...”
Komandanın baş məşqçisi Volkan Demirel bir neçə gün əvvəl istefa verib. E.Kardeşler baş məşqçinin qeyd olunan çətinliklərə görə komandadan ayrılmaq qərarını verdiyini deyib: “Volkan hoca da buna görə getdi. Çünki tək qalmışdı. Hər şeyi etməyə çalışırdı. Yeri gələndə bizə ata, qardaş oldu. Hazırda meydana çıxa biliriksə, bu, Volkan Demirelin sayəsindədir. O, bir qardaş kimi nə vaxt çətinliyə düşsə, düşünmədən qaçıb kömək edərəm. İnsanlar zəlzələni çox tez unudublar, amma biz 1-1,5 il əvvəl çoxlu itkilər vermişik. Ümid edirəm ki, insanlar “Hatayspor”a dəstək olacaqlar”.
Qeyd edək ki, “Hatayspor” 35 turdan sonra 34 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və elitanı tərk etmək təhlükəsi ilə üz-üzədir.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video