Diniyev “Erzurumspor” üzərində qələbəyə sevindi

Diniyev “Erzurumspor” üzərində qələbəyə sevindi
ÖLKƏ FUTBOLU 6 May 2024 / 00:56 1744
-  A +

Türkiyə birinci liqasında 33-cü turun oyunları keçirilib. 

QOL.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geydiyi “Ümraniyespor” öz meydanında “Erzurumspor”u qəbul edib. 

Qarşılaşmaya ehtiyat oyunçular skamyasından başlayan Coşqun 85-ci dəqiqədə meydana daxil olub. O, İsaak Kofieni əvəzləyib. 

Görüş Coşqunun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Bu qələbədən sonra xallarının sayını 40-a çatdıran “Ümraniyespor” turnir cədvəlində 12-ci pilləyə yüksəlib. 

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner