AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, bu gün keçirilən iclasda 2-ci liqanın 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Lerik” – “Kürmük” oyununun 43-cü dəqiqəsində “Lerik” komandasının 12 nömrəli futbolçusu Hafiz Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Lerik” klubu 50 manat cərimə edilib.
“Şəmkir” – “Göygöl” oyununun 78-ci dəqiqəsində “Göygöl” komandasının 25 nömrəli futbolçusu Vahid İbrahimov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Göygöl” klubu 300 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Şəmkir” – “Göygöl” oyununda “Göygöl” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” klubu 70 manat cərimə edilib.
“Sheki City” – “Cəbrayıl” oyununda “Sheki City” klubu matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilib.
“Sheki City” – “Cəbrayıl” oyununun 63-cü dəqiqəsində “Sheki City” klubunun 9 nömrəli futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Sheki City” klubu 300 manat cərimə edilib.
“Sheki City” – “Cəbrayıl” oyununun 64-cü dəqiqəsində “Sheki City” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Sheki City” klubu 100 manat cərimə edilib.
“Şəfa” – “Dinamo” oyununda “Dinamo” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” klubu 70 manat cərimə edilib.
“Ağdaş” – “Qusar” oyununda “Ağdaş” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” klubu 70 manat cərimə edilib.
“Ağdaş” – “Qusar” oyununa Təcili Tibbi Yardım avtomibilinin təyin edilmiş vaxtdan gec gəlməsi səbəbindən matç 8 dəqiqə gec başladığı üçün “Ağdaş” klubu 100 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Füzuli” oyunu bitdikdən sonra stadionun dəhlizinə “A buraxılışı” vəsiqəsi olmayan şəxslər daxil olduğuna görə “Şahdağ Qusar” klubu 50 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Füzuli” oyununda “Füzuli” klubunun 7 futbolçusu sarı vərəqə aldığına görə “Füzuli” klubu 70 manat cərimə edilib.
“Şahdağ Qusar” – “Füzuli” oyunu btidikdən sonra “Füzuli” klubunun 77 nömrəli futbolçusu Əziz Hüseynov təcavüzkar davranışa (rəqibi təpiklə vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, “Füzuli” klubu 300 manat cərimə edilib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video