Medianın İnkişafı Agentliyinin layihəsi
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 162 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi, "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunan Sərvan Şirinovdur.
- Orta məktəblərdə, gimnaziyalarda fiziki tərbiyə fənninin keyfiyyətini necə qiymətləndirirsiniz?
- Fiziki tərbiyə fənni orta məktəblərdə şagirdlərin fiziki keyfiyyətlərini, funksional və fiziki inkişafın, vətənpərvərlik və özünə inam hisslərinin artmasında mühum rol oynayır. Hazırda bunun üçün dövlət tərəfindən lazımi dəstəyi gördüyümüzə görə mən orta məktəblərdə fiziki tərbiyə fənninin qənaətbəxş hesab edirəm. Lakin bununla arxayınlaşmaq olmaz. Bütün fiziki tərbiyə müəllimləri bundan sonra daha da fəal və gərgin işləməlidirlər.
- İdman müəllimləri dərsləri necə aparırlar?
- Məktəblərdə idman dərsləri həftədə iki dəfə olur. Sinif iki qrupa bölünür. Bir sinifdə iki müəllim dərs aparır. Bunlar hamısı fiziki tərbiyə üzrə proqrama əsasən həyata keçirilir. Dərs ilinin əvvəlindən qarşıda qoyulan proqrama əsasən hər bölmə üzrə, demək olar ki, ayda bir dəfə summativlər keçirilir. Birinci yarım ildə müəyyən siniflərdə böyük summativlər keçirildikdən sonra şagirdlər qiymətləndirilir.
- Uşaqları əyləndirmək, dərsləri daha maraqlı etmək üçün hansı addımlar atılır?
- Dərslərin maraqlı keçməsi ilk növbədə müəllimin bilik qabiliyyətindən və şagirdin dərsə olan marağından çox asılıdır. Bunun üçün biz əlimizdən gələni edirik. Dərsləri daha da maraqlı keçirmək üçün müxtəlif yollardan istifadə edirik. Dərslərdə müxtəlif tipli estafetlər, yarışlar keçirilir. Məsələn, biz 8 “A” və 8 “D” siniflərimiz arasında voleybol yarışları keçirdiyimiz zaman məktəbin əksəriyyəti ona baxmağa gəlirlər. Yəni onların arasında əsl rəqabət, mübarizə hisslərini biz görürük. Mənim özümün məktəb və institut vaxtları, hərbidə işləyən zaman idman oyunlarına böyük marağım olub. Ona görə uşaqların böyük marağını nəzərə alıb bəzən voleybol, futbol oyunlarını necə oynamaq lazım olduğunu göstərirəm. Onların komanda və ya fərdi şəkildə necə hərəkət etməklərinə daha da diqqət yetirirəm. Məsələn, 8 “A” sinifindən Ramiz Bağırov, Abdulla Abdullazadə, Ədalət Bünyadov adlı şagirdlər, 8 “D” sinifindən isə Hüseyn Sadıqov, Turan Həsənli, Aysu Əhmədli adlı şagirdlər öz siniflərinin aparıcı qüvvələridirlər.
- Ümumilikdə orta məktəblərdə idman zallarının, meydançaların durumu qənaətbəxşdirmi?
- Bizim məktəbin idman zalı standarta uyğun lazım olan avadanlanlıqlarla təchiz olunub. Lakin düşünürəm, məktəblərdə bunları daha da yeniləmək, fərqli idman növlərinin avadanlıqlarının qurulmasına ehtiyac var. Məsələn, tennis stolları və s.
- Uşaqlar hansı yarışlarda iştirak edirlər?
- Biz bədən tərbiyə müəllimləri olaraq məktəbdaxili yarışlar təşkil edirik. Yarışlarda müvəffəqiyyət qazanan siniflər rayon birinciliyinə vəsiqə qazanırlar. Rayon birinciliyində qazananlar isə şəhər birinciliyində iştirak edirlər. Biz də əlimizdən gələni edirik ki, bu yarışlarda onlar fəal olsunlar və uğur əldə etsinlər.
- Bu gün orta məktəblərdə, uşaqlar və yeniyetmələr arasında fiziki tərbiyəyə maraq hansı səviyyədədir?
- Şagirdlər böyük maraq göstərirlər. Lakin mənim valideynlər haqda kiçik iradım var. Bəzən elə valideynlər olur ki, onlar bizə yaxınlaşıb deyirlər ki, uşağım xəstədir və ya harasısa ağrayır, icazə verin, qıraqda otursun. Yəni valideynlərdən də çox şey asılıdır. Övlad hər valideyn üçün əzizdir. Amma onların “Qoy oxusun. Bədən tərbiyə dərsinə girməsin, tərləyib xəstələnər” fikirləri məndə təəssüf hissi yaradır. Lakin mənim özümün və müəllim yoldaşlarımın valideynlərlə dəfələrlə söhbətlərimizdən sonra bu hallar demək olar ki, yoxdur. Bu da sevindirici haldır ki, bütün sinif şagirdlərin fiziki tərbiyə maraqları gündən günə artmaqdadır.
- Dərs keçdiyiniz, gördüyünüz uşaqlar arasında, yəqin ki, istedadlıları çoxdur. Onlar daha çox hansı idman növünə maraq göstərirlər?
- Mən 2008-ci ildən bu məktəbdə işləyirəm. O ildən bəri məktəbin bitirənlər sırasında demək olar ki, hər il ali bədən tərbiyə akademiyasına daxil olanlar var, hərbi dənizçilik məktəbinə daxil olanlar var. Bizim keçmiş şagirdlərin arasında Respublika, Avropa və dünya çempionatlarında iştirak edənlər də olub. Bizim xalqımıza xas olan xüsusiyyətlər uşaqlarda da var. Bizdə əsasən futbola, voleybola və fərdi idman növlərinə maraq daha çoxdur. Bizim məktəbin özündə də dərslərdən sonra fərdi idman növləri ilə məşqul olurlar. Amma dərs vaxtı bacardığımız qədər mini futbol və voleybol kimi oyunları istifadə etməyə çalışırıq. Voleybol yarışlarını isə daha çox keçirmək istəyirik və buna da nail ola bilirik.
- Sizcə, ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün hansı addımlar atılmalıdır?
- Azərbaycanda idman səviyyəsi yüksəkdir. Məktəblilər və yeniyetmələr arasında idman səviyyəsini daha da artırmaq üçün yarışların sayını artırmaq və şəffaf şəkildə keçirilməsinə tam nail olmaq lazımdır. Bəzən olur ki, yarışlarda hakimlər tərəfindən qeyri-obyektivlik olur. Bu cür hallar olanda şagirdlərə böyük mənəvi təsir yetirilir. Bu mənəvi təsiri də çox vaxt uzun müddət ərzində aradan qaldırmaq olmur. Ona görə də xahiş edərdim ki, yarışlar keçiriləndə şəffaflıq tamamilə təmin olunsun. Biz veteran idmançılarla, məktəbi bitirmiş və dünya səviyyəli idmançılarla, qazilərimizlərlə, müharibə veteranlarımızlarla və ictimai təşkilatlarla birlikdə idman yarışları keçirsək daha məqsədəuyğun olardı.
- Sizcə uşaqları pis vərdişlərdən uzaqlaşdırmaq, təhsilə və idmana bağlamaq üçün hansı layihələri həyata keçirmək olar?
- Ümumiyyətlə, pis vərdişlərin uşaqlara böyük təsiri olur. Ola bilsin ki, vərdişlər ailədən gəlir. Bəzi valideynlər uşaqları ilə maraqlanmırlar. Şagirdlərin ailədə olan pis vərdişləri məktəbə gətirmələri başqalarına ziyan verə bilər. Ona görə biz çalışırıq ki, bu cür halların qarşısını alaq. Biz şagirdlərlə bu haqda fərdi söhbətlər aparırıq. Onların hansı problemlərlə üzləşdiyini və kimlər tərəfindən, hansı təzyiqlərlə üzləşdiklərini araşdırırıq. Bununla məktəbin bütün kollektivi - bədən tərbiyə müəllimləri, psixoloqlar, məktəb rəhbərləri, Uşaq Birliyi sədri məşğul olur. Bütün çətin işlərimizdə onlar bizə dayaq dururlar və köməklərini bizdən heç vaxt əsirgəmirlər.
- Şagirdlərinizlə hansı söhbətləri aparırsınız? Onlara idmanla məşğul olmaq üçün necə motivasiya verirsiniz?
- Mən özüm hərbçi olmuşam. Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısıyam. Ona görə də idmana maraq yaratmaq, motivasiya vermək mənim üçün o qədər də çətin deyil. Çünki sağlam bədəndə sağlam ruh olur. Mən onlara başa salıram ki, bu gün şagirdsinizsə, sabah vətənin layiqli keşişçisi olmalısınız. Bunun üçün də sizdə idmana maraq yüksək səviyyədə olmalıdır ki, siz sağlam böyüyəsiniz və vətənimizi qoruyasınız. Biz İkinci Qarabağ müharibəsinin iştirakçılarını da daimi dəvət edirik. Bütün məktəb rəhbərliyi və bədən tərbiyə müəllimləri onlarla söhbət edirlər. Qısaca onu bildirməyə çalışırıq ki, bizə sağlam gənclər lazımdır ki, gələcəyin ailə başçıları və silah daşıyıcıları ola bilsinlər. Onlarla daimi ünsiyyətdə oluruq. Şagirdlərlə bədən tərbiyəsinin insana nə qədər vacib olduğu haqda mütəmadi olaraq söhbətlər aparırıq.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
"Barselona" onun yerinə 4 futbolçunu nəzərdən keçirir
"Brayton"da yeni transfer
"Şahdağ Qusar" son dəqiqə qolu ilə qələbə qazandı - Video
"Pedri və Yamalın səviyyəsi tamamilə fərqlidir"
3 qol vuruldu, "Şəmkir" qalib gəldi - Video
Səudiyyə Ərəbistanında Salahın transferinə inanırlar
İngiltərəyə mümkün qayıdışından danışdı
2-ci Liqada 19-cu tura start verildi
Millimizin rəqibindən danışdı: “Nəticə dəhşətlidir”
"Növbəti 10-15 il ərzində "Real"da oynayacağam"
AFFA-nın baş katibi "Barselona"nın nümayəndələri ilə görüşdü
Azərbaycanın klubunda yeni baş məşqçi
Zədələnən Haalandın durumu açıqlandı
Prandelli İtaliya millisinə qayıdır
"Milan" qərarını verdi
Qurban Qurbanov dünyada bu məşqçilərin sırasında ikincidir
Ter Ştegen 7 aydan sonra meydana qayıdır - Şəkil
Amorim: "O, heç yerə getməyəcək"
Millimizin bombardiri: “Bizə yaxşı mənada dərs oldu”
Azərbaycanda bədii gimnastika üzrə dünya kuboku keçiriləcək
Gürcü futbolçu Portuqaliya nəhənginə keçir - Rəsmi
Döyüş zamanı huşunu itirdi, xəstəxanada vəfat etdi
Dani Alveş həbsdə qaldığı günlərə görə təzminat ala bilər
Messinin cangüdəninə qadağa
15 yaşlı gürcü “Yuventus”un maraq dairəsinə düşüb
Ronaldo bu yay "Real"a qayıda bilər
Kubokun oyunları FİFA referilərinə tapşırıldı
“Sabah”ın 19 yaşlı debütantı
A seriyasında 30-cu tura yekun vuruldu
Şəhriyar və Teymur gerilədi - FİDE reytinqi
“Başakşehir” səfərdə qalib gəldi
Haaland mövsümü erkən bitirə bilər
Millimiz dünya kubokunda 12-ci oldu
Hər iki oyunda 2:5 hesabı qeydə alındı
Azərbaycanlı hakim Avropa çempionatı oyunlarına təyinat aldı
Santuş yayılan məlumatlara aydınlıq gətirdi - Açıqlama
Zamiqin komandası liderliyini davam etdirir
Oyunun ən yaxşısına yumurta verdilər
“Qarabağ”ın sabiq oyunçusu ümidsizdir
Ançelotti "Real"la "Barselona"nı müqayisə etdi
Xəbərlərimiz telefonunuza gələcək!
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək? - DÇ-2026
Qrizmann Messinin rekordunu qırdı
Azərbaycan millisi mübarizəyə başlayır