Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada Ukrayna millisi ilə qarşılaşacaq.
QOL.az xəbər verir ki, millimizin baş məşqçisi Ayxan Abbasov oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
"Sabah bizi yenə gərgin oyun gözləyir. İlk oyunumuz Fransaya qarşı səfərdə idi, indi də Ukrayna ilə səfərdə oynayırıq. Ardıcıl iki səfər matçı da çətindir. Üç günlük pauza var. Futbolçularımızda yorğunçuluq olur. Amma çalışacağıq ki, nələrisə dəyişək və daha yaxşı olaq. Komandamıza, futbolçularımıza inanıram. Necə ki, Fransa ilə mübarizə apardılar, bu oyunda da aparmalıyıq. Bu görüşdə daha da yaxşı olmalıyıq. Ukrayna da bilirik ki, bu görüşə final kimi yanışır. Son matçda ağır səfərdə mühüm qələbə qazandılar. İslandiyada bütün komandalar üçün oynamaq çətindir. Ukrayna bizimlə heç-heçə etdikdən sonra bizə yanaşmaları başqa cür olacaq. Bu, bizi çəkindirmir. Əgər biz gələcəyə nikbin baxmaq istəyiriksə, çəkinmədən mübarizə aparmalıyıq. Futbolçularımıza da bunu bildirmişik. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik".
- Sabahkı oyun üçün strategiya və taktika başqa cür olacaq? Yoxsa, əks-hücum oynayacaqsız?
- Necə ki, Ukrayna Fransaya qarşı mübarizə aparırdı, rəqib ondan üstün idi. Ukrayna da tələsmədi, bütün oyunu əks-hücumda keçirirdi. Bu da normaldır. Bu gün də bizlə Ukrayna arasındakı fərq də məlumdur. Oyunun gedişatı da önəmlidir. Çalışdığımızın alınıb-alınmaması da önəmlidir. Bəzi fikirlərimiz var. Bunu indi deməyimiz düzgün olmaz. Rəqibə görə də bəzi dəyişikliklər olacaq. Mübarizə aparacağıq.
- Ukrayna millisinin hansı zəif və güclü tərəfləri var? Hansı oyunçusundan ehtiyatlanırsız?
- Ukrayna millisində güclü, fərdi keyfiyyətə malik oyunçular var. Son matçda da bunu göstərdi. Təhlil zamanı oyunçularımıza bunu göstərmişik. Hücum xəttindəki oyunçuları yaxşıdır. Avropada yaxşı klublarda oynayırlar. Güclü müdafiəçisi var, PSJ-də oynayır. Bu da komandanın ustalığından söz etdirir. Fərdi də yanaşmışıq. Futbolçularımıza bunları göstərmişik. İlk oyunda oynamışıq deyə, Ukraynanı daha yaxından tanıyırıq.
- Sabah 23-lükdən kənarda kimlər olacaq? Səbəbi nədir?
- Bəli, oyunçular bəllidir. Təəssüf ki, İsmayıl İbrahimli və Ceyhun Nuriyev ilk oyunda da yox idi. İsmayıl Fransadakı məşqdə yüngül zədələndi, Ceyhun xəstədir, Renat Dadaşov da tam hazır olmadığına görə 23-lükdən kənar qalacaqlar.
- Elvin Cəfərquliyev bayaq bildirdi ki, sabahkı nəticə turnir cədvəlindəki mövqeyimizə təsir edəcək. Mental olaraq, komandaya qələbə ruhunu aşılaya bilmisiz?
- Biz hər oyunda çalışırıq ki, futbolçularımızda qələbə ruhu olsun. Rəqibin fərqi yoxdur. Ən çətin rəqib olanda demirik ki, oyunu udmaq istəmirik. Oyundan-oyuna futbolçularda fərq olacaq, inam gələcək. Xal qazanmq istəyirik. 4 komanda olanda daha çətindir. Rəqiblər bizdən üstündür. Futbolda bu gün mümkünsüz heç nə yoxdur. Sevinirəm ki, futbolçular bunu anlayır. Yanaşmaları fərqlidir. Allah qoysa, belə davam etsək, nəticə olacaq.
- Sergey Rebrov Bakıdakı oyundan danışarkən, müxtəlif bəhanələrlə qazandığınız bir xala kölgə salmağa çalışıb...
- Bizim ilk oyunumuz idi. Rəqibi tam təhlil etməmişdik. Meydança o qədər də keyfiyyətsiz deyildi. Ola bilər ki, Avropadakı meydançalarla müqayisədə bir az ağır idi. Amma məncə, oyun bir xalı haqq edirdi. Çünki fubtolçularımız mübarizə apardı. Ukrayna bizdən üstün idi, qol epizodları barəsində. Amma bu oyunda bir xalı haqq edirdik.
- Yayılan məlumatlara görə, baqajlar gec gəlib. Bu, planlarınıza necə təsir etdi?
- Məşq etmişik, elə də problem olmayıb. Bəli, nələrsə gecikmişdi. Amma dünənki planımızda dəyişiklik olmadı. Bərpanı qaldığımız oteldə keçdik, oynamayanlar məşq etdi. Yəqin ki, bu da hansısa təzyiqdir. Amma heç bir problem yoxdur. Hər şey qaydasındadır.
- Sergey Rebrov deyib ki, bizə xal Azərbaycandan daha çox lazımdır. Cavabını verək?
- Futbolçularıma bir kəlmə dedim. Bildirdim ki, biz İslandiya ilə oyunu çox vacib edə bilərik. Bu həyəcanı yaşamağı haqq edirlər. Çox istəyərdim ki, İslandiya matçını Bakıda çox vacibə çevirək(sportal.az).
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
"Atletiko" "Arsenal"la üz-üzə - Yarımfinalda ikinci gün
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq